AZƏRBAYCAN-AMERİKA ŞURASI VƏ “MİRVARİ BEYNƏLXALQ FONDU” NÖVBƏTİ XEYRİYYƏ AKSİYASI KEÇİRƏCƏKDİR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, iyunun 8-də ABŞ-ın Los Anceles şəhərində fəaliyyət göstərən Azərbaycan-Amerika Şurasının və “Mirvari Beynəlxalq Fondu”nun təşkilatçılığı ilə növbəti xeyriyyə aksiyası keçiriləcəkdir.
“Sən məni güldürdün” devizi altında təşkil olunacaq budəfəki aksiyanın məqsədi Azərbaycanda anadangəlmə dovşandodaq və qurdağız xəstəliklərindən əziyyət çəkən uşaqların cərrahi əməliyyatı üçün vəsait toplamaqdır. Tədbirə soydaşlarımızla yanaşı, türk və digər xalqların nümayəndələri, eləcə də əcnəbi qonaqlar dəvət olunmuşlar.
Dörd saatlıq tədbir zamanı Bakının Şüvəlan qəsəbəsindəki oğlanlar üçün açıq tipli xüsusi təlim-tərbiyə müəssisəsi ilə videokonfrans da təşkil ediləcəkdir.
Xatırladaq ki, bu ilin yanvarnda “Mirvari Beynəlxalq Fondu”nun keçirdiyi xeyriyyə aksiyası nəticəsində bu məktəbə kompyuterlər alınmışdı. Videokonfransdan məqsəd də yanvardakı aksiyanın səmərəliliyini, bu təhsil-tərbiyə ocağındakı uşaqların müasir informasiya texnologiyalarına necə yiyələndiyini yoxlamaq, eləcə də onların digər ehtiyaclarını uşaqların özundən soruşmaqdır.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]