AZƏRBAYCAN-AMERİKA ŞURASININ VƏ “MİRVARİ BEYNƏLXALQ FONDU”NUN NÖVBƏTİ XEYRİYYƏ AKSİYASI
AZƏRTAC xəbər verir ki, ABŞ-ın Los Anceles şəhərində fəaliyyət göstərən Azərbaycan-Amerika Şurasının (AAŞ) və “Mirvari Beynəlxalq Fondu”nun təşkilatçılığı ilə növbəti xeyriyyə aksiyası keçirilmişdir. Aksiyanın məqsədi Azərbaycanda anadangəlmə dovşandodaq və qurdağız xəstəliklərindən əziyyət çəkən uşaqların cərrahi əməliyyatı üçün vəsait toplamaq olmuşdur.
AAŞ-ın sədri Cavid Hüseynov tədbir iştirakçılarına fondun Azərbaycandakı fəaliyyəti haqqında məlumat vermişdir. Fondun icraçı direktoru Leyla İsmayılova qurumun məqsədlərindən, layihələrindən danışmışdır.
Tədbir zamanı Bakının Şüvəlan qəsəbəsindəki oğlanlar üçün açıq tipli xüsusi təlim-tərbiyə müəssisəsi ilə videokonfrans təşkil edilmişdir.
Xatırladaq ki, bu ilin yanvarnda “Mirvari Beynəlxalq Fondu”nun keçirdiyi xeyriyyə aksiyası nəticəsində bu məktəbə kompyuterlər alınmışdı. Videokonfrans zamanı bu təhsil-tərbiyə ocağındakı uşaqların müasir informasiya texnologiyalarına necə yiyələndikləri, eləcə də uşaqların digər ehtiyacları onların özlərindən soruşulmuşdur.
Aksiyada Azərbaycan və türk icmalarının nümayəndələri, ölkəmizin Los-Ancelesdəki konsulluğunun əməkdaşları, əcnəbi qonaqlar iştirak etmişlər.

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.07.2026 [20:08]
Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsinin iştirakçıları Azərbaycana gəliblər
- 27.07.2026 [15:06]
Azərbaycan Beynəlxalq Gənclər Assambleyasında təmsil olunacaq
- 24.07.2026 [15:54]
VIII “Qardaşlaşmış Qarabağ məktəbləri” Yay Düşərgəsi başa çatıb
- 22.06.2026 [23:01]
Azərbaycan diasporunun fəal simalarından biri – Fərqanə Bayramlı
Bu saata olan əsas xəbərlər
- [12:00]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:39]
Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib
- 09.08.2026 [22:27]
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar
- 09.08.2026 [22:00]
Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır
- 09.08.2026 [21:55]