“Azərbaycan” ansamblı “Folklorama” festivalında yüksək ifaçılıq məharəti nümayiş etdirmişdir
Kiyev, 15 dekabr (AZƏRTAC). Dekabrın 14-də Kiyev Şəhər Dövlət Administrasiyasının (KŞDA) sütunlu salonunda milli-mədəni icmaların növbəti “Folklorama” festivalı keçirilmişdir.
Kiyevdə yaşayan çoxsaylı milli azlıqların yaradıcılığına baxışda Ukrayna Azərbaycanlıları Konqresinin “Azərbaycan” ansamblı yenə də yüksək sənətkarlığı və peşəkarlığı ilə fərqlənmişdir. Kollektivin bədii rəhbəri, Ukraynanın Xalq Artisti Qurban Abbasov əfsanəvi müğənni Müslüm Maqomayevin repertuarından mahnılar ifa etmiş, onun yetirməsi, beynəlxalq müsabiqələr laureatı Təranə Məmmədova isə estrada mahnılarımızı təqdim etmişdir.
“Azərbaycan” ansamblı yüksək ifaçılıq məharətinə görə KŞDA-nın diplomu və tamaşaçıların sürəkli alqışları ilə mükafatlandırılmışdır.
Tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli iştirak etmişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]