Azərbaycan avarçəkəni "Prezident Kuboku-2025" beynəlxalq reqatasında qızıl medal qazanıb
Mingəçevir, 2 may, AZƏRTAC
Azərbaycan avarçəkəni Əlimurad Hacızadə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş "Prezident Kuboku-2025" beynəlxalq reqatasında qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, 2009-cu il təvəllüdlü idmançı Mingəçevirdə yerləşən "Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan turnirdə birnəfərlik kayak qayığında 1000 metr məsafəni hamıdan tez qət edib.
Qeyd edək ki, Azərbaycan avarçəkənləri daha əvvəl 3-ü gümüş, 5-i bürünc olmaqla ümumilikdə 8 mükafata yiyələniblər. Reqataya bu gün yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]