Azərbaycan avarçəkənləri "Prezident Kuboku-2025" beynəlxalq reqatasını 15 medalla başa vurublar
Mingəçevir, 2 may, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş "Prezident Kuboku-2025" beynəlxalq reqatasına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Mingəçevirdə yerləşən "Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışın son günündə müxtəlif məsafələrə kayak-kanoe və akademik növdə mübarizə baş tutub.
İvan Vorobyanski/Hüseyn Həsənov cütlüyü (2009-2010) 200 metr məsafəyə kayak yarışında gümüş, eyni yaş kateqoriyasında Vacib Babayev/Nuran Rəhimli tandemi isə bürünc mükafata sahib çıxıb.
Eyni növdə Əziz Əhmədli/Kamal Tağıyev cütlüyü (2011-2012) ikinci, Sənan Cəfərzadə/Tahir Mövsumov dueti (2011-2012) isə üçüncü yeri tutub.
Nurlan Paşayev/Cahangir Məmmədli cütlüyü (2006-2007) akademik avarçəkmədə fəxri kürsünün ikinci pilləsinə qalxıb. Elvin Əliyev/Niyaz Malikov cütü (2007-2008) kanoe qayığında 200 metr məsafəyə yarışı üçüncü sırada bitirib.
Beləliklə, Azərbaycan avarçəkənləri turniri 15 medalla başa vurublar. Milli komandanın üzvləri daha əvvəl 1 qızıl, 3 gümüş və 5 bürünc medal əldə ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [15:45]
Azərbaycan tennisçiləri beynəlxalq turnir üçün Moldovaya yollanıblar
- 08.06.2026 [14:53]
“Liverpul”dan ayrılan futbolçu “Real Madrid”lə müqavilə imzalayıb
- 08.06.2026 [14:09]
Çimərlik güləşi üzrə millinin baş məşqçisi Vyetnamda təlim keçib
- 08.06.2026 [12:19]
AMADA-nın yeni Strategiya layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb
- 08.06.2026 [11:45]
Premyer Liqanın yeni iştirakçısı “Şəfa” ilk transferini reallaşdırıb
- 08.06.2026 [11:39]