Azərbaycan Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin iclasında və seminarında təmsil ediləcək
Bakı, 17 may, AZƏRTAC
Mayın 18-dən 21-dək İspaniyanın Tarraqona şəhərində Avropa Olimpiya Komitəsi (AOK) İcraiyyə Komitəsinin iclası və 37-ci seminarı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə və MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Anar Bağırov iştirak edəcəklər.
AOK-un İcraiyyə Şurasının üzvü olan Çingiz Hüseynzadə mayın 19-da şuranın iclasına qatılacaq. Mayın 20-21-də isə AOK seminarı çərçivəsində Olimpiya Oyunları və yeniyetmələr arasında Olimpiada haqqında hesabat çıxışları təqdim ediləcək. Həmçinin 2018-ci il Pyonçanq Qış Olimpiya Oyunlarının Təşkilat komitələrinin hesabatı dinləniləcək. Tədbirdə “Rio-2016” Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin hazırlıq prosesi, qeydiyyat, Olimpiya kəndi və açılış mərasimi müzakirə olunacaq.
Avropa Olimpiya Komitəsinin 38-ci seminarının keçiriləcəyi ölkənin adı tədbirdə açıqlanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]