Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır VİDEO

Bakı, 19 may, AZƏRTAC
Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və beynəlxalq siyasi nizamın hazırkı mərhələsində bu rol getdikcə daha da artır. Bu fakt Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşündə də vurğulanıb. Təşkilatın rəsmiləri Azərbaycanın Avropa İttifaqının vacib və etibarlı tərəfdaşı olduğunu, ölkəmizin xüsusilə Avropanın enerjiyə ehtiyacı olan zaman göstərdiyi dəstəyi yüksək qiymətləndirdiklərini bildiriblər.
Qeyd edək ki, Azərbaycan Avropanın 10, o cümlədən Avropa İttifaqının 8 ölkəsinin enerji təminatında xüsusi rol oynayır. Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizi vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir. Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya ixrac etdiyi qazın həcminin 2027-ci ilin sonunadək 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub.
Daha ətraflı AZƏRTAC-ın videomaterialında izləyə bilərsiniz.