AZƏRBAYCAN BAZARI XARİCİ ŞİRKƏTLƏRİ ÇOX MARAQLANDIRIR
“Akva-Term Bakı-2008” sərgisinin təşkilatçılarından biri olan İtaliyanın “Finmark” şirkətinin prezidenti Mauro Grillini AZƏRTAC-a bildirmişdir ki, Azərbaycan bazarı bizim üçün olduqca maraqlıdır, ölkənin zəngin potensialı vardır. Biz tikinti ilə bağlı olan “Akva-Term” sərgilərini artıq Qazaxıstan, Çexiya və Ukraynada uğurla keçirmişik. Azərbaycanda tikinti sektorunun böyük sürətlə inkişafı göz qabağındadır. Əminəm ki, Bakıdakı sərgi böyük maraq doğuracaqdır.
Belə tədbirlərin keçirilməsi əməkdaşlığımıza, əlaqələrimizin möhkəmlənməsinə xidmət göstərir. Sərgidə Azərbaycan, İtaliya, Türkiyə, Polşa, Rusiya və Ukraynadan 45 şirkət iştirak edir. Azərbaycanın Ticarət və Sənaye Palatası sərginin keçirilməsinə dəstək vermişdir.