“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 1 iyun, AZƏRTAC
İyunun 1-də Bakı Fond Birjasında (BFB) “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin tədavül müddəti 24 ay olan AZ2001004582 dövlət qeydiyyat nömrəli, 20 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 9 investor tərəfindən qiymət intervalı 1000 AZN (6 faiz) manat qiymətində 9 sifariş təqdim olunub. Hərrac üzrə kəsmə və ortaçəkili qiymət 1000 AZN (6 faiz) manat təşkil edib. İstiqrazın illik faiz dərəcəsi 6 faiz, faiz ödənişləri 3 aydan bir olmaqla investorlara ödəniləcək. Sifarişlərin nominal qiymətlə ümumi məbləği və istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 20 milyon manat təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]