AZƏRBAYCAN BOKSÇULARI ERMƏNİ RƏQİBLƏRİ ÜZƏRİNDƏ QƏLƏBƏ QAZANMIŞLAR
Bakı, 12 mart (AZƏRTAC). İranda keçirilən boks üzrə beynəlxalq “Fəcr” turniri başa çatmışdır. Azərbaycanın idman şərəfini 5 boksçu qorumuşdur.
Elşən İsmaylov (57 kq) erməni rəqibi üzərində qələbə qazanaraq qızılı medala layiq görülmüşdür. Rahib Bəylərov (75 kq), İsmət (60 kq) və Sadiq Eynullayev (64 kq) qardaşları gümüş medallar qazanmışlar. Daha bir idmançımız Rəhim Nəcəfov (57 kq) erməni idmançısını məğlub edərək bürünc medala sahib olmuşdur.
Komanda hesabında İran idmançıları 9 medalla 1-ci, Azərbaycan boksçuları 5 medalla 2-ci, Ermənistan isə 2 medalla 3-cü olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]