AZƏRBAYCAN-BOLQARISTAN SƏNƏDLƏRİ İMZALANMIŞDIR
Sofiya, 13 noyabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, noyabrın 13-də Sofiyada prezidentlər İlham Əliyevin və Georgi Pırvanovun iştirakı ilə Azərbaycan-Bolqarıstan sənədlərinin imzalanması mərasimi olmuşdur.
“Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Bolqarıstan Respublikasının İqtisadiyyat, Enerji və Turizm Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum”u Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Bolqarıstanın iqtisadiyyat, enerji və turizm naziri Trayço Traykov imzaladılar.
“Bolqarıstanın “Bulqartransqaz” Şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında təbii qazın nəqli sahəsində qarşılıqlı Anlaşma Memorandumu”nu “Bulqartransqaz”ın icraçı direktoru İvan Drenoviçki və ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirov imzaladılar.
######
![]() |
![]() |

