AZƏRBAYCAN CÜDOÇULARI BEYNƏLXALQ TURNİRDƏ İKİ QIZIL, ÜÇ BÜRÜNC MEDAL QAZANMIŞLAR
Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, Tverdə yeniyetmə idmançıların beynəlxalq turniri keçirilmişdir.
“Tver ümidləri” adlanan yarışda Azərbaycan idmançıları 5 medal qazanmışlar.
Yığmamızın heyətində Vüqar Şirinli (50 kq) və Sərxan Əhmədov (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Komandamızın digər üzvləri Tural Səfquliyev, Sadiq Mirzəyev (hər ikisi 81 kq) və Şahin Qəhrəmanov (90 kq) bürünc medallara sahib olmuşlar.
Xatırladaq ki, Tverə 23 cüdoçu ilə yollanmış Azərbaycan komandası hazırda həmin şəhərdə təlim-məşq toplanışlarında iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:37]
Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilir
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]