Azərbaycan cüdoçusu zədələndiyi üçün dünya çempionatında iştirak etməyəcək

Bakı, 30 aprel, AZƏRTAC
Cüdo üzrə Azərbaycan milli komandasının üzvü Murad Fətiyev zədələnib.
Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançı Monteneqronun paytaxtı Podqoritsada keçirilmiş Avropa çempionatında üçüncü yer uğrunda görüşdə zədə alıb.
Cüdoçumuz həmin qarşılaşmadan qalib ayrılaraq bürünc medala sahib çıxıb.
M.Fətiyev zədə səbəbindən iyunun 13-dən 20-dək Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.05.2025 [15:12]
“Qarabağ”ın xorvatiyalı qapıçısı: Mövsümü “qızıl dubl”la bitirmək istəyirik
- 19.05.2025 [15:02]
Azərbaycanın daha bir güləşçisi Rusiyadakı turnirdə fəxri kürsüyə qalxıb
- 19.05.2025 [14:21]
Azərbaycan klubu italiyalı voleybolçunu transfer edib
- 19.05.2025 [14:20]
“Ayaks" baş məşqçisi ilə vidalaşıb
- 19.05.2025 [12:36]