AZƏRBAYCAN DAMAÇILARI ALMANİYADA DÜNYA ÇEMPİONATININ SEÇMƏ YARIŞINDA İLK QƏLƏBƏLƏRİNİ QAZANMIŞLAR
Bakı, 3 mart (AZƏRTAC). Berlində 100 xanalı dama üzrə Braziliyada keçiriləcək dünya çempionatının Avropa seçmə turnirində üç tur oynanılmışdır.
Respublikamızdan bu turnirdə ölkə çempionu Eldar Əliyev və Azərbaycan birinciliyinin gümüş mükafatçısı İlqar İbrahimov iştirak edirlər. İdmançılarımız oyunlarını uğursuz başlasalar da, üçüncü turda qələbə qazanmışlar. İ.İbrahimov fransız Jil Delmot, E.Əliyev isə çex Yaroslav Novotnını məğlub etmişlər.
Üç turdan sonra İlqar İbrahimov dörd xalla beşinci, Eldar Əliyev isə 2 xalla 16-cı yerlərdə qərarlaşmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [13:05]
“Barselona” tarixi rekordu təkrarlayıb
- 14.10.2026 [12:45]
“Barselona”nın baş məşqçisi İstanbulda kuryoz hadisə ilə üzləşib
- 14.10.2026 [10:44]