Azərbaycan derbisi: “Qarabağ” “Neftçi”ni üç cavabsız qolla məğlub edib - YENİLƏNİB-3

Bakı, 19 aprel, AZƏRTAC
Misli Premyer Liqasının XXXI turunda üz-üzə gələn “Qarabağ” və “Neftçi” komandaları arasındakı oyun başa çatıb.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən Azərbaycan derbisi Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ"ın heyətində Abdullah Zubir, Yassin Benzia və Nəriman Axundzadə fərqləniblər.
Bu nəticədən sonra xallarını 76-ya çatdıran "köhlən atlar" birinci pillədə qərarlaşıb. Bakı klubu isə 35 xalla 6-cı yerdədir.
Görüşü FIFA referisi Elçin Məsiyev idarə edib.
Günün ilk matçında "Sabah" autsayder "Səbail"i 3:2 hesabı ilə üstələyib.
20:45
Misli Premyer Liqasının XXXI turunda üz-üzə gələn “Qarabağ” və “Neftçi” komandaları arasındakı oyunda üçüncü qol vurulub.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən Azərbaycan derbisinin 42-ci dəqiqəsində Ağdam təmsilçisinin heyətində Nəriman Axundzadə fərqlənib.
Görüşü FIFA referisi Elçin Məsiyev idarə edir.
20:42
Misli Premyer Liqasının XXXI turunda üz-üzə gələn “Qarabağ” və “Neftçi” komandaları arasındakı oyunda ikinci qol vurulub.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən Azərbaycan derbisinin 40-cı dəqiqəsində Ağdam təmsilçisinin heyətində Yassin Benzia penaltidən fərqlənib.
Görüşü FIFA referisi Elçin Məsiyev idarə edir.
20:26
Misli Premyer Liqasının XXXI turunda üz-üzə gələn “Qarabağ” və “Neftçi” komandaları arasında oyunda hesab açılıb.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən Azərbaycan derbisinin 22-ci dəqiqəsində Ağdam təmsilçisinin heyətində Abdullah Zubir fərqlənib.
Qeyd edə ki, görüşü FIFA referisi Elçin Məsiyev idarə edir.
20:00
Misli Premyer Liqasının XXXI turunda üz-üzə gələn “Qarabağ” və “Neftçi” komandaları arasında oyun start götürüb.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşü FIFA referisi Elçin Məsiyev idarə edir.