Azərbaycan diasporu Berlinin mərkəzində etiraz aksiyası keçirmişdir
Bakı, 19 mart (AZƏRTAC). Almaniyadakı Azərbaycan diasporu Berlinin mərkəzindəki Brandenburq Qapıları qarşısında doqquz yaşlı Fariz Bədəlovun erməni snayperi tərəfindən qətlə yetirilməsi ilə bağlı etiraz aksiyası keçirmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) Azərbaycan Evi (AE) ilə birgə təşkil etdiyi nümayişdə Azərbaycan və türk, yəhudi diasporlarının nümayəndələri, AE-nin nəzdində fəaliyyət göstərən futbol məktəbinin şagirdləri iştirak etmişlər.
F.Bədəlovun qətlə yetirilməsi ilə bağlı bəyanat uşağın şəkli ilə birlikdə Kanzleramta, Bundestaqın insan hüquqları və humanitar yardım komissiyalarına, beş aparıcı partiyanın fraksiyalarına, Avropa İttifaqına, humanitar təşkilatlara, YUNİSEF-in Almaniya nümayəndəliyinə göndərilmişdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]