AZƏRBAYCAN DİASPORU NYU-YORKDA ETİRAZ AKSİYASI KEÇİRMİŞDİR
Azərbaycan Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, bu il oktyabr ayının 24-də qondarma Dağlıq Qarabağ rejiminin başçısı Arkadi Qukasyanın Nyu-Yorkda Ermənistan missiyasında mətbuat konfransı zamanı missiyanın önündə Azərbaycan diasporunun nümayəndələri etiraz aksiyası keçirmişdir. Aksiyada Amerika-Azərbaycan Cəmiyyətinin, Kolumbiya Universiteti Tələbə Assosiasiyasının üzvləri iştirak etmişlər.
Aksiya Qukasyanın ABŞ-a Ermənistan pasportu ilə səfər etməsinə, onun Nyu-Yorkda qeyri-rəsmi də olsa qəbul olunmasına və Azərbaycan ərazilərində qanunsuz Şimal-Cənub yolunun tikilməsinə və bu yolun maliyyələşdirilməsi üçün vəsaitin toplanmasına etiraz məqsədi ilə keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]