“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” dərsliyi nəşr olunub
Bakı, 8 avqust, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun Dillər və ictimai fənlər kafedrasının müəllimi filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Sadıqovanın “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” dərsliyi nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, dərslikdə Azərbaycan dilində işgüzar və akademik kommunikasiya fənninin mövzusu, məqsədi və vəzifələri yer alıb.
Nəşrdə Azərbaycan dili və Azərbaycan ədəbi dilinin üslubları, normaları haqqında da bəhs olunur. Kitabda, həmçinin işgüzar kommunikasiyanın prinsipləri, formaları, növləri, şifahi və yazılı akademik kommunikasiya, elektron işgüzar kommunikasiya, işgüzar kommunikasiyanın dinlər və mədəniyyətlərarası spesifikliyi, işgüzar və akademik kommunikasiyanın etik-psixoloji aspektləri barədə məlumat verilir.
Dərslik ali məktəb tələbələri, magistrant və doktorantlar, mütəxəssislər, həmçinin Azərbaycan dilində işgüzar ünsiyyətqurma bacarığına yiyələnmək istəyən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
- 13.06.2026 [17:04]
BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib
- 13.06.2026 [15:31]
Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub
- 13.06.2026 [14:21]
Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub
- 13.06.2026 [11:45]
Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO
- 13.06.2026 [10:53]
Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO
- 13.06.2026 [08:05]
Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb
- 13.06.2026 [07:00]
Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]