Azərbaycan Dövlət İqtisad Universitetinə bərpa olunmaq istəyənlər üçün sənəd qəbulu aparılır
Bakı, 11 iyul, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) bərpa olunmaq istəyənlər üçün sənəd qəbulu elan edilir.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, “Akademik məzuniyyətdən qayıdan və xaric olmuş təhsilalanların UNEC-ə bərpası haqqında Qaydalar”a əsasən ərizələrin qəbulu sentyabrın 5-dək davam edəcək.
Elm və Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ına əsasən xaric olan təhsilalanların bərpası xaric olma tarixindən 15 il müddətində qış və yay tətili dövründə həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [18:55]
Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb
- 28.09.2026 [18:26]
Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub
- 28.09.2026 [18:03]