Azərbaycan Gimnastika Federasiyasının nümayəndəsi: Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun maraqlı keçəcəyinə inanırıq
Bakı, 1 may, AZƏRTAC
Dörd gün ərzində paytaxtımızda bədii gimnastika üzrə Avropa Kubokunun maraqlı keçəcəyinə inanırıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinin rəhbəri Emin Əhmədov Bakının ev sahibliyi etdiyi bədii gimnastika üzrə Avropa Kuboku barədə jurnalistlərə açıqlamasında deyib.
O, turnirdə fərdi proqram və qrup hərəkətləri ilə yanaşı, "cross battle" formatının da olacağını bildirib: "Cross battle" pley-off sistemində olacaq. Bu yarışlar mayın 3-4-də təşkil ediləcək. Ötən il baş tutan Avropa Kubokunda "Cross Battle" fərdi proqramda olmuşdusa, bu il qrup hərəkətlərində də görəcəyik. Burada on altı ən güclü gimnast 1/8 finaldan başlayacaq. Qrup hərəkətlərində 6 komanda iştirak edəcək və onlardan 3-ü finala yüksələcək. "Cross Battle"də yalnız böyüklər mübarizə aparacaq. Bu format həqiqətən də böyük maraqla gözlənilir. Düşünürəm ki, gimnastikasevərlər bundan zövq alacaqlar".
Qeyd edək ki, fərdi proqramda böyüklər kateqoriyasında Gövhər İbrahimova və Kamilla Seyidzadə, yeniyetmələr arasında isə Şəms Ağahüseynova, Azadə Atakişiyeva çıxış edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [11:52]
Qurban Qurbanov dünya çempionatındakı favoritini açıqlayıb
- 12.06.2026 [11:44]
Meksika millisinin futbolçusu dünya çempionatlarının tarixinə düşüb
- 12.06.2026 [11:04]
“Kəpəz” Arif Əsədovla danışıqlar aparır
- 12.06.2026 [10:25]
Dünya çempionatının ən yaxşı futbolçuları açıqlanıb
- 12.06.2026 [10:01]
Dünya çempionatı: B qrupunda mübarizəyə start verilir
Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb
- 11.06.2026 [23:01]
Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb
- 11.06.2026 [22:51]
Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub
- 11.06.2026 [22:23]
“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib
- 11.06.2026 [22:14]