Azərbaycan hərbçiləri “KURTARAN-2025” təlimlərində iştirak edəcək
Bakı, 24 aprel, AZƏRTAC
Türkiyənin Marmaris şəhərində aprelin 30-dək keçiriləcək “KURTARAN-2025” adlı beynəlxalq təlimlərdə iştirak etmək məqsədilə Azərbaycan hərbçiləri qardaş ölkəyə yola düşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təlimlərdə Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələrinin, Quru Qoşunlarının, Hərbi Hava Qüvvələrinin və Sahil Mühafizə Qüvvələrinin iştirakı nəzərdə tutulub.
Təlimlər zamanı həmçinin “Yüksəksəviyyəli müşahidəçi günü”nün keçirilməsi də planlaşdırılıb.
Plana uyğun olaraq təlimlər çərçivəsində müxtəlif qoşun növləri qarşılıqlı əlaqədə qarşıya qoyulmuş tapşırıqları icra edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [22:28]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 27.09.2026 [20:04]
Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub
- 27.09.2026 [09:00]
27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün
- 25.09.2026 [20:02]
Üç ölkənin hərbi qulluqçuları taktiki fəaliyyətləri yerinə yetiriblər
- 25.09.2026 [17:30]