Azərbaycan ilə Belarus arasında hərbi-texniki sahədə əlaqələrin genişləndirilməsinin vacibliyi qeyd olunub
Bakı, 20 iyul, AZƏRTAC
İyulun 20-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Belarusun ölkəmizdə səlahiyyət müddəti başa çatan səfiri Nikolay Patskeviç ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Belarus arasında hərbi, hərbi-texniki sahədə mövcud əlaqələrdən razılıq ifadə olunub, bu istiqamətdə fəaliyyətin genişləndirilməsinin vacibliyi xüsusi vurğulanıb.
Səfirlə əvvəlki görüşlərini xatırlayan müdafiə naziri diplomata gələcək fəaliyyətində uğurlar arzulayıb.
Sonda səfir görüşə görə minnətdarlığını ifadə edərək ölkəmizdən xoş təəssüratlarla ayrıldığını, Azərbaycan dövlətinin və xalqının daim səmimi dostu olaraq qalacağını vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [22:28]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 27.09.2026 [20:04]
Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub
- 27.09.2026 [09:00]
27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün
- 25.09.2026 [20:02]
Üç ölkənin hərbi qulluqçuları taktiki fəaliyyətləri yerinə yetiriblər
- 25.09.2026 [17:30]