Azərbaycan ilə Rusiyanın Maqadan vilayəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Moskva, 14 iyun, AZƏRTAC
Azərbaycanın Rusiyanın Yekaterinburq şəhərindəki baş konsulu vəzifələrini icra edən Şöhrət Mustafayev Maqadan vilayətinə səfəri çərçivəsində vilayət hökumətinin sədr müavini Maksim Brodkinlə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Maqadan vilayəti ilə Azərbaycan arasında iqtisadi və humanitar sahələrdə əlaqələrin inkişafı məsələləri müzakirə olunub.
Hökumət sədrinin müavini Maksim Brodkin Oxot dənizinin sahilində yerləşən vilayətin turizm imkanlarından danışıb, turizm sahəsində ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Ş.Mustafayev öz növbəsində Azərbaycanın turizm, mədəniyyət və təhsil imkanlarından bəhs edib, ölkəmizin Rusiya regionları ilə sıx əməkdaşlığı barədə məlumat verib.
Görüşdə M.Brodkinə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Baş konsulluğun dəstəyi ilə Rusiya Federasiyasında çap olunmuş “Heydər Əliyev - Rusiyadan baxış” kitabı hədiyyə olunub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [21:26]
BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib
- 28.09.2026 [21:15]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [19:05]