Azərbaycan ilə Serbiya arasında turizm əlaqələri müzakirə edilib
Bakı, 16 avqust, AZƏRTAC
Avqustun 16-da Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladisavlyeviç arasında postpandemiya dövründə turizmin bərpası, turizm əlaqələrinin genişləndirilməsi və əməkdaşlıq perspektivləri, eləcə də təcrübə mübadiləsi məsələləri müzakirə olunub.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Fuad Nağıyev bu ilin əvvəlindən turizm sənayesinin bərpası fonunda turizm gəlmə statistikasında əsaslı artımın olmasını və yanvar-iyul aylarında ölkəyə gələn xarici vətəndaşların sayında ötən illə müqayisədə 128 faiz artım olduğunu qeyd edib.
Səfir Draqan Vladisavlyeviç turizm əlaqələrinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyinə inamını ifadə edib.
Görüş çərçivəsində pandemiyadan sonra hər iki ölkədə turizm sənayesinin bərpası istiqamətində görülən tədbirlər və turizm sahəsində birgə fəaliyyət planının işlənib hazırlanması üzrə fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]