Azərbaycan İnvestisiya Şirkəti İsrailin “C2A Security” startap layihəsinə 670 min dollar investisiya yatırıb
Bakı, 6 sentyabr, AZƏRTAC
“Azərbaycan İnvestisiya Şirkəti” ASC (AIC) kibertəhlükəsizlik platformasının inkişafında ixtisaslaşan İsrailin “C2A Security” startap layihəsinə 670 min ABŞ dolları investisiya yatırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
"İsrailin OurCrowd Fondu ilə əməkdaşlıq çərçivəsində “Azərbaycan İnvestisiya Şirkəti” ASC elektrik avtomobillərdə daxili sistemləri kiberhücumlardan qorumaq məqsədilə etibarlı təhlükəsizlik həlləri təmin edən kibertəhlükəsizlik platformasının inkişafında ixtisaslaşan İsrailin “C2A Security” startap layihəsinə 670 min ABŞ dolları investisiya yatırıb", - deyə nazir qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:58]
Agentlik: Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir
- 12.06.2026 [16:42]
Bakı Limanında quru yük aşırılması 77 faiz artıb
- 12.06.2026 [16:02]
İçərişəhərdə süni intellektəsaslı həllər tətbiq ediləcək
- 12.06.2026 [15:50]