Azərbaycan İpək yolu ölkələrinə aid edilən onluğa daxildir
Bakı, 15 mart, AZƏRTAC
Azərbaycan İpək yolu ölkələrinə aid edilən onluğa daxildir.
AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, bu barədə məlumat Dünya Turizm Təşkilatının hazırladığı “İpək yolu üzrə səyahətlər sahəsində tendensiyalar” mövzusunda məruzədə yer alıb.
Məruzə 10.678 beynəlxalq səyahətçi arasında keçirilmiş sorğuya əsaslanıb. Məlum olur ki, hər on səyahətçidən səkkizi İpək yolu və ona aid edilən Çin, Monqolustan, Azərbaycan, Qazaxıstan, Özbəkistan, İran, Türkiyə, Türkmənistan, Qırğızıstan və Tacikistan haqqında eşidib. Məruzədə yazılıb: “Sorğuya əsasən, “İpək yolu” ölkələrinə vahid viza almaq imkanı olsaydı, bu marşrut üzrə səyahət etmək istəyənlərin sayı daha da artardı”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]