Azərbaycan-İsveç Federasiyasının XII qurultayı keçirilmişdir
Bakı, 1 iyun (AZƏRTAC). İsveç Krallığının Stokholm şəhərində Azərbaycan-İsveç Federasiyasının XII qurultayı keçirilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, krallığın Umea, Uppsala, Stokholm, Lund və digər şəhərlərindən 60-dan çox azərbaycanlının qatıldığı tədbirdə ötən müddət ərzində görülən işlərə dair hesabat təqdim olunmuşdur.
Azərbaycan-İsveç Federasiyasının sədri Səttar Sevigin ötən müddətdə idarə heyətinin fəaliyyəti barədə məlumat vermişdir.
Tədbirdə, həmçinin maliyyə və nəzarət təftiş komitəsinin hesabatı təqdim edilmişdir.
Qurultayın nümayəndələri, qonaqlar hesabatlarla bağlı irad və təkliflərini bildirmişlər.
Sonra qurultayın rəhbər orqanları üçün səsvermə keçirilmişdir.
Azərbaycan-İsveç Federasiyasının rəhbəri Səttar Sevigin yeganə namizəd olduğu üçün birbaşa təşkilatın rəhbəri seçilmişdir. Daha sonra təşkilatın idarə heyəti və nəzarət yəftiş komitəsinin üzvləri seçilmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]