Azərbaycan kayakçısı dünya kuboku yarışlarında gümüş medal qazanıb
Bakı, 21 may, AZƏRTAC
Almaniyanın Duysburq şəhərində keçirilən kayak və kanoe üzrə dünya kuboku yarışlarında Azərbaycan yığması ilk medalını qazanıb.
AZƏRTAC xəbər verir ki, 1 nəfərlik kayak qayığı (K-1) ilə 200 metr məsafəyə final yürüşündə İnna Osipenko-Radomskaya gümüş medala sahib olub.
Dora Luç (Macarıstan), Nataşa Duçev-Yaniç (Macarıstan), Liza Karrinqton (Yeni Zelandiya), Sara Quyo (Fransa), Anastasiya Todorova (Ukrayna), Emma Ostrand Yörgensen (Danimarka), Marta Valçikeviç (Polşa) və Almi Fişerlə (Yeni Zelandiya) ilə mübarizədə Osipenko-Radomskaya finişə 39,472 saniyəyə çatıb. O, yalnız L.Karrinqtondan 0,592 saniyə geri qalıb. Bürünc medalı isə Azərbaycan kayakçısının 0,159 saniyə geridə qoyduğu M.Valçikeviç qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [15:04]
Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]