Azərbaycan kikboksçusu 7-ci dəfə Avropa çempionu titulunu qazanıb
Bakı, 10 may, AZƏRTAC
Buxarestdə kikboksun WKA versiyası üzrə Avropa çempionatı keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirdə 18 ölkədən 460 idmançı iştirak edib.
Azərbaycanın idman şərəfini 8 kikboksçu qoruyub. Təmsilçilərimizdən Eduard Məmmədov (60 kq) Avropa çempionu tituluna sahib olub. İyirmi ikiqat dünya çempionu Avropada 7-ci qələbəsini qazanıb.
Sərhəd qoşunlarının kapitanı Fuad Zeynalov (91 kq) isə ikinci yerin sahibi olub. Bundan əlavə, gənc və yeniyetmə idmançılarımız da bu yarışda uğurla çıxış ediblər.