Azərbaycan komandaları Dünya Qadın Seriyasının Priştina mərhələsində mübarizəyə başlayırlar
Bakı, 14 iyul, AZƏRTAC
3x3 basketbol üzrə Azərbaycan millisi və Bakının “Neftçi” klubu Dünya Qadın Seriyasının Kosovonun paytaxtı Priştinadakı mərhələsində mübarizəyə başlayırlar.
AZƏRTAC xəbər verir ki, yığmamız B qrupunda ilk matçını ABŞ seçməsinə qarşı keçirəcək. Millimiz daha sonra Macarıstanın “Qyor” kollektivi ilə üz-üzə gələcək.
“Neftçi” isə D qrupunda ilk olaraq Niderland millisi ilə görüşəcək. Bakı təmsilçisi ikinci oyununu meydan sahiblərinə qarşı keçirəcək.
Qeyd edək ki, qruplarda ilk iki yeri tutan komandalar dörddəbir finala vəsiqə qazanacaqlar. “Neftçi” daha əvvəl Şuşa və Netanya (İsrail) mərhələlərində qalib olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]