Azərbaycan Kuboku: NTD və "Gəncə" komandaları finala yüksəliblər
Bakı, 28 mart, AZƏRTAC
Basketbol üzrə Azərbaycan Kubokunun finalçıları bəlli olub.
AZƏRTAC xəbər verir, əvvəlcə meydanda "Neftçi" və NTD komandaları çıxıb. Görüş ikincilərin 86:83 hesablı qələbəsi ilə yekunlaşıb.
Digər oyunda isə "Naxçıvan" və "Gəncə" üz-üzə gəlib. Bu matçda isə gəncəlilər 86:80 hesabı ilə qalib gəlib.
Bununla da NTD və "Gəncə" finala yüksəliblər.
Qeyd edək ki, final oyunu martın 30-da təşkil olunacaq.