Azərbaycan kubokunun finalı: “Neftçi” və “Qəbələ” doqquz ildən sonra üz-üzə gələcəklər
Bakı 2 iyun, AZƏRTAC
“Neftçi” və “Qəbələ” futbol klubları doqquz ildən sonra Azərbaycan kuboku yarışlarının finalında üz-üzə gələcəklər.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, sayca 31-ci ölkə kuboku yarışlarına təsadüf edəcək.
İyunun 3-də baş tutacaq oyun bu komandalar arasında, ümumilikdə, ikinci final qarşılaşması kimi yadda qalacaq. Tərəflərin ilk final dueli 2013-2014-cü il mövsümünə təsadüf edib. Həmin vaxt 1:1 hesabı ilə yekunlaşan görüşdə bölgə təmsilçisi penaltilər seriyasında rəqibini üstələyərək (3:2) kuboka yiyələnib.
Beləliklə, “Neftçi” və “Qəbələ” komandaları 3299 gündən sonra ikinci dəfə finalda rəqib olacaqlar.
Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək final matçı saat 20:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:41]
“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]