Azərbaycan millisi tarixinin ən uğursuz startını təkrarlayıb
Bakı, 28 mart, AZƏRTAC
Futbol üzrə “AVRO-2024”ün seçmə mərhələsinin ilk iki turunda Avstriyaya 1:4 və İsveçə 0:5 hesabı ilə məğlub olan Azərbaycan millisi tarixinin ən uğursuz startını təkrarlayıb.
AZƏRTAC xəbər verir ki, yığmamız ikinci dəfə seçmə mərhələnin ilk iki görüşündə 1 qol vurub, 9 top buraxıb.
Bununla “Avro-2012”nin seçmə mərhələsindəki nəticə təkrarlanıb. Həmin vaxt Azərbaycan millisi ilk turda Almaniyaya 1:6, ikinci matçında isə Avstriyaya 0:3 hesabı ilə yenilib.
Ümumiyyətlə komandamız dünya və Avropa çempionatlarında qatıldığı 15 seçmə mərhələnin 9-da ilk iki qarşılaşmasında məğlubiyyət acısı dadıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]