Azərbaycan millisinin dünya çempionatındakı potensial rəqibləri bəlli olub
Bakı, 15 iyun, AZƏRTAC
Dünya Minifutbol Federasiyası bu il Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək dünya çempionatının iştirakçılarını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, yarışda son Avropa çempionu Azərbaycan milli komandası da iştirak edəcək.
Turnirdə Azərbaycan yığması ilə yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, Meksika, Liviya, Braziliya, Bolqarıstan, Çexiya, Misir, İngiltərə, Fransa, Gürcüstan, Qana, Qvatemala, Macarıstan, Hindistan, İraq, İrlandiya, İsrail, Yaponiya, Qazaxıstan, Tailand, Albaniya, Monteneqro, Portuqaliya, Rumıniya, Serbiya, Slovakiya, İspaniya, Livan, Tunis, Ukrayna və ABŞ seçmələri də birincilik uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, dünya çempionatı Ras-əl-Hayma şəhərində oktyabrın 26-dan noyabrın 4-dək keçiriləcək. Turnirin püşkatma mərasimi iyunun 20-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [19:15]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [17:05]
“Zirə” Namik Ələskərovla yollarını ayırıb
- 07.08.2026 [15:55]
Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV
- 07.08.2026 [15:19]
“Fənərbağça”nın sabiq futbolçusu Superliqa klubuna keçib
- 07.08.2026 [13:43]
“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub
- 07.08.2026 [13:32]
“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib
- 07.08.2026 [13:12]