Azərbaycan nümayəndə heyəti Çanaqqala zəfərinin 96-cı ildönümünə həsr olunmuş tədbirlərdə iştirak edir
Bakı, 18 mart (AZƏRTAC). Azərbaycan nümayəndə heyəti Çanaqqala zəfərinin 96-cı ildönümünə həsr olunmuş tədbirlərdə iştirak edir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, martın 18-də Cümhuriyyət meydanında Çanaqqala zəfərinin qeyd olunmasına start verilmişdir.
Azərbaycan nümayəndə heyəti Çanaqqala şəhidlərinin xatirə kompleksi önünə əklil qoymuşdur. Daha sonra şəhidlik ziyarət olunmuş, şəhid Azərbaycan əsgərlərinin xatirəsinə asılmış lövhənin qarşısında toplantı keçirilmişdir. Tədbirdə Çanaqqalada təhsil alan azərbaycanlı tələbələr, diasporumuzun nümayəndələri iştirak etmişlər.
Tədbirlər martın 19-da İstanbulda davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]