Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan parlamentinin Ulu Öndərin 100 illiyinə həsr olunmuş xüsusi iclası keçirilib

Bakı, 14 iyun, AZƏRTAC

İyunun 14-də Milli Məclisin növbədənkənar sessiyasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, parlamentin sədri Sahibə Qafarova çıxışında Ümummilli Liderin 1993-cü ildə parlamentin sədri kimi fəaliyyəti haqqında danışıb. O deyib ki, ümummilli liderlər xalqların milli fəlakətlər, mənəvi sarsıntılar ilə üzləşdiyi dövrlərdə tarix səhnəsinə çıxırlar. Bu fikrin doğruluğunu Ulu Öndər Heydər Əliyevin fəaliyyəti də sübut edir.

Parlamentin sədri diqqətə çatdırıb ki, Heydər Əliyev ən yüksək dövlət vəzifələrində çalışdığı otuz ildən artıq bir müddətdə ümummilli lider missiyasını iki dəfə öhdəsinə götürmüşdür. Hər ikisində də zamanın çağırışlarına yaradıcı münasibət bildirməklə və düzgün qərarlar qəbul etməklə insanların ona bəslədiyi ümidləri doğrultmuşdur. Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin təməlini yaratmış, daha sonra isə bu təməl üzərində qurulan müstəqil dövləti qoruyub saxlamış və davamlı inkişaf yoluna çıxarmışdır. Bununla da o, böyük tarixi şəxsiyyətlərimizin dövlətçilik ənənələrini iyirminci yüzillikdə layiqincə davam etdirmiş və zənginləşdirmişdir.

Sahibə Qafarova bildirib ki, Heydər Əliyev dünya miqyaslı siyasi və dövlət xadimi idi. Onu dünyanın ən böyük siyasətçiləri və dövlət adamları ilə müqayisə etmək olar. Ulu Öndər xalqımızın siyasi varlığını qoruyub saxlamış və xoşbəxt gələcəyinin möhkəm təməlini yaratmışdır. Heydər Əliyevin həyatı və fəaliyyəti doğma xalqına sədaqətlə xidmət etmək, onun yolunda hər cür çətinliklərə dözmək nümunəsinə çevrilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri haqqında belə demişdir:

“Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Heydər Əliyevin əsəridir. Bu, sadəcə olaraq sözlər deyildir. Bu, reallıqdır, bu, həqiqətdir.

...Bu gün müasir Azərbaycan bu möhkəm təməl üzərində uğurla inkişaf edir. Azərbaycan bu gün Heydər Əliyev yolu ilə gedir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və özünü bütün istiqamətlərdə göstərir”.

Milli Məclisin sədri Sahibə Qafarova vurğulayıb ki, Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin memarı və qurucusu olduğu kimi, bugünkü Azərbaycan parlamentinin də banisidir. Ölkəmizdə qurulmuş hüquqi dövlətin bütün elementləri ilə yanaşı, Konstitusiyamız da, Milli Məclis də onun yaradıcı zəkasının bəhrələridir. Azərbaycan parlamentinin üzvləri olaraq biz bu gün fəxr edirik ki, Heydər Əliyevin böyük siyasətə qayıdışı, xilaskarlıq missiyası məhz bu binada başlanmışdır.

Spiker öz çıxışında qeyd edib ki, Ümummilli Liderimiz 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmiş və dörd aya yaxın bu vəzifədə çalışmışdır. Onun Azərbaycan parlamentinə rəhbərlik etməsi ölkəmizin qanunvericilik orqanının nüfuzunu yüksək səviyyəyə qaldırdı. Heydər Əliyevin parlamentə rəhbərliyi Milli Məclisə siyasi mədəniyyət gətirdi, qanunvericilik orqanının ruhunu kökündən dəyişdi. Parlament ölkədə baş verən mürəkkəb və ziddiyyətli ictimai-siyasi hadisələrin açıq və demokratik şəraitdə müzakirə edildiyi real hakimiyyət orqanına çevrildi.

Sahibə Qafarova diqqətə çatdırıb ki, Ulu Öndərin sədrliyi dövründə parlamentin 20 iclası keçirilmiş, ölkənin ictimai-siyasi həyatı üçün son dərəcə böyük önəm daşıyan 96 qanun və qərar qəbul edilmişdir.

Spiker Sahibə Qafarova 1993-cü il iyunun 17-dən 18-nə keçən gecə ovaxtkı dövlət başçısı Əbülfəz Elçibəyin müəmmalı şəkildə Bakını tərk etdikdən sonra Milli Məclisin müraciət qəbul edərək onu təcili Bakı şəhərinə, öz iş yerinə qayıtmağa və Konstitusiya səlahiyyətlərini həyata keçirməyə dəvət etdiyini söyləyib. O bildirib ki, bu müraciətə məhəl qoyulmadığına görə iyunun 24-də Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə keçməsi barədə qərar qəbul etdi. Bu qərar ölkədə cərəyan edən ictimai-siyasi proseslərin dövlətin tam nəzarəti altına alınması baxımından çox əhəmiyyətli idi.

Spiker qeyd edib ki, 1993-cü il avqustun 17-də Heydər Əliyevin sədrliyi ilə Milli Məclis ikigünlük müzakirələrdən sonra Lənkəranda və onun ətrafındakı rayonlarda baş verən hadisələrə münasibətini bildirərək bu barədə geniş qərar qəbul etdi. Bunun ardınca görülən qətiyyətli tədbirlər nəticəsində bölgədə separatçılıq hərəkətlərinə son qoyuldu.

O vurğulayıb ki, müstəqil dövlətimiz üçün ən böyük təhlükə mənbəyi olan vətəndaş müharibəsi məhz Heydər Əliyevin parlamentə rəhbərliyi dövründə aradan qaldırılmış, ordu quruculuğunda, ictimai-siyasi sabitlik yaradılması yolunda ilk addımlar atılmışdır.

Sahibə Qafarova öz nitqində bildirib ki, 1993-cü il oktyabrın 3-də xalqın yekdil iradəsi ilə Prezident seçildikdən sonra Heydər Əliyev dövlətimizin digər təsisatları ilə yanaşı peşəkar parlamentinin də formalaşdırılması işində həlledici rol oynamışdır. Ulu Öndər dəfələrlə Milli Məclisin iclaslarında iştirak etmiş, qanunvericilik işinin səmərəsini artırmaq üçün öz dəyərli məsləhətlərini vermişdir. Müstəqil dövlətimizin hüquqi bazasının yaradılıb inkişaf etdirilməsində də Ulu Öndərin əvəzsiz rolu olmuşdur. Ümummilli Liderimizin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi layihələr üzrə yüzlərcə qanun, qərar və digər aktlar qəbul olunmuşdur. O qeyd edib ki, dəfələrlə parlament Heydər Əliyevin təklif etdiyi layihələr əsasında amnistiya aktları qəbul etmişdir. Şərq aləmində ilk dəfə olaraq ölüm cəzasının ləğv edilməsi məhz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə həyata keçirilən humanist aksiya olmuşdur.

Parlamentin sədri Ulu Öndərin başladığı bütün işlərin onun layiqli siyasi varisi, Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini, Ümummilli Liderin yaratdığı möhkəm və sarsılmaz təməl üzərində dövlətimizin günbəgün daha da inkişafını vurğulayıb.

Sahibə Qafarova 2020-ci ilin sentyabr-noyabr aylarında Ali Baş Komandanın yüksək sərkərdəlik məharəti ilə idarə etdiyi Azərbaycan Silahlı Qüvvələrinin zəfər yürüşü və hərbi Qələbəsinin xalqımızın qəhrəmanlıq salnaməsində yeni şanlı səhifə açdığını söyləyib. O, Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulduğunu, dövlətimizin ərazi bütövlüyü və tarixi ədalətin bərpa olunduğunu qeyd edib.

Ötən dövrdə Milli Məclisdə Ulu Öndərin fəaliyyətinin müxtəlif sahələrindən bəhs edən bir sıra kitabların hazırlanıb nəşr edildiyini, sənədli filmlərin çəkildiyini deyən Sahibə Qafarova diqqətə çatdırıb ki, Ümummilli Liderin 100 illik yubileyi münasibətilə Milli Məclisdə Heydər Əliyevin fəaliyyətinə həsr edilən növbəti kitab hazırlanıb bu günlərdə çap olunub. Sədr deputatlara təqdim edilmiş nəfis tərtibatlı bu yeni kitabın üç cilddən ibarət olduğunu söyləyib.

Parlamentin sədri Ulu Öndərin 100 illik yubileyi münasibətilə Milli Məclisin arxiv materialları əsasında “Heydər Əliyev - zamanın fövqündə” adlı sənədli filmin də çəkildiyini nəzərə çatdırıb. O qeyd edib ki, bu film Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərini, o cümlədən parlament quruculuğu sahəsində gördüyü möhtəşəm işləri işıqlandırır. Filmdə Ümummilli Liderin 11 çıxışından fraqmentlər tamaşaçılara ilk dəfə təqdim olunur.

Milli Məclisin sədri bildirib ki, Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Milli Məclisin mayın 16-da keçirilən xüsusi iclasında xarici ölkələrin parlament sədrləri, sədr müavinləri, parlament üzvləri, beynəlxalq parlament təşkilatlarının, eləcə də xarici dövlətlərin diplomatik korpusunun təmsilçiləri iştirak etmişlər. Otuz üç nəfər xarici qonaq Ulu Öndər haqqında düşüncələrini bölüşmüşdür. O, həmin iclasın stenoqramının qısa müddətdə hazırlanıb ayrıca kitab şəklində çap edildiyini söyləyib. Eyni zamanda, yubiley münasibətilə “Milli Məclis” jurnalının xüsusi buraxılışının çapdan çıxdığını qeyd edib. Bu iki nəşrin də deputatlara təqdim olunduğunu deyib.

İclasda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi fəaliyyətindən bəhs edən, Milli Məclisin arxiv materialları əsasında parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsində hazırlanmış “Heydər Əliyev - zamanın fövqündə” adlı sənədli film nümayiş etdirilib. Film alqışlarla qarşılanıb.

Sonra çıxış edən Milli Məclisin deputatları Ulu Öndər Heydər Əliyevin Azərbaycana həm sovet dövründə, həm də müstəqillik illərində rəhbərlik etməsinin ölkəmizin tarixində tutduğu taleyüklü rolundan söz açıblar. Qeyd olunub ki, Heydər Əliyev xalqı tarixin ən ağır sınaqlarından çıxararaq Azərbaycanın tərəqqisinə nail olmuş böyük şəxsiyyət və dahi liderdir.

Vurğulanıb ki, Ulu Öndər həm Sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində güclü Azərbaycan yarada bildi. Heydər Əliyev sovet Azərbaycanına rəhbər təyin olunduqdan bir müddət sonra Azərbaycan artıq SSRİ-də ən sürətlə inkişaf edən, güclü iqtisadiyyata, elmi-texniki tərəqqiyə, insan kapitalına sahib respublikaya çevrildi. O vaxtlar üçün bu nəticə möcüzə sayılırdı, çünki SSRİ iqtisadiyyatı elə planlaşdırılmışdı ki, Rusiyadan başqa heç bir respublika özü-özünü təmin edə bilməsin və müstəqil olmaq fikrinə düşməsin. Millət vəkilləri bu cəhətdən 80-ci illərin sonunda Azərbaycanda milli-azadlıq hisslərinin formalaşmasında Heydər Əliyevin və onun yaratdığı iqtisadi potensialın müstəsna və həlledici rolunu xüsusi qeyd ediblər.

Çıxışlarda diqqətə çatdırılıb ki, ötən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəli ölkənin səbatsız rəhbərliyinin fəaliyyəti nəticəsində yenidən dağılmağa, iflas olmağa başlayan Azərbaycanı Heydər Əliyev artıq 2-ci dəfə, bu dəfə müstəqil olmağı bəyan etmiş Azərbaycanı yox olmaqdan qurtardı və müstəqilliyimizi daimi, dönməz və əbədi etdi. O, 1993-cü ildən Azərbaycana rəhbərlik etməklə sonrakı 10 il ərzində Azərbaycanın əbədi müstəqilliyi üçün möhkəm və sarsılmaz iqtisadi zəmin yaratdı. Elə bir iqtisadi zəmin ki, Azərbaycanı dünyanın iqtisadi cəhətdən ən sürətli inkişaf edən ölkəsinə çevirdi.

Çıxışçılar diqqətə çatdırıblar ki, ictimai, siyasi, iqtisadi, sosial, mədəni, humanitar həyatımızın elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin sözü, əməli, imzası olmasın. Heydər Əliyev həm də Azərbaycan parlamentarizminin müasir əsaslarını formalaşdırmış, parlament davranışı və mədəniyyəti ənənəsini yaratmış böyük dövlət xadimidir. Ulu Öndərin arzusunda olduğu, lakin başa çatdıra bilmədiyi vəzifə isə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi idi. Heydər Əliyevin xalq qarşısında ən böyük xidmətlərindən biri də məhz milli iradəni ifadə edən siyasi xəttin davamlılığını Prezident İlham Əliyevin timsalında təmin etməsi oldu.

Ulu Öndərin başladığı müqəddəs yol onun siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz dahi Heydər Əliyevin siyasi kursu bizi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsinə - Böyük Zəfərin Şuşa ucalığına gətirib çıxarıb.

Çıxışçılar vurğulayıblar ki, öz müstəqilliyi və qüdrəti ilə dostları sevindirən, düşmənləri məyus edən, Qarabağı azad edən, bayrağını Şuşada qürurla dalğalandıran bugünkü Azərbaycan məhz Heydər Əliyevin əsəridir, onun layiqli davamçısı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev isə bu əsəri hər keçən gün daha da zənginləşdirir və gücləndirir.

Sonra iclasda deputat Səbinə Xasayeva Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin bəyanatını səsləndirib.

Bəyanat deputatlar tərəfindən alqışlarla qarşılanıb və səsə qoyularaq qəbul edilib.

Sonda Sahibə Qafarova bu əlamətdar gün münasibətilə deputatları, media nümayəndələrini təbrik edib.

Bununla da Milli Məclisin iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər