RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ABŞ-IN ENERGETİKA NAZİRİ SAMUEL BODMANLA GÖRÜŞMÜŞDÜR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyə-Yunanıstan qaz kəmərinin açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Ədirnə şəhərində Amerika Birləşmiş Ştatlarının energetika naziri Samuel Bodmanla görüşmüşdür.
Samuel Bodman Azərbaycanın bu və digər irimiqyaslı layihələrdə iştirakını və fəaliyyətini yüksək qiymətləndirdi.
Prezident İlham Əliyev regional əməkdaşlıq və enerji təhlükəsizliyi məsələlərində ölkəmizin əhəmiyyətini vurğuladı, Azərbaycan ilə ABŞ arasında energetika sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirdi.
Görüşdə ölkələrimiz arasında energetika sahəsində işbirliyinin bundan sonra da inkişaf edəcəyinə əminlik vurğulandı.