AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ALMANİYAYA İŞGÜZAR SƏFƏRƏ YOLA DÜŞMÜŞDÜR
Bakı, 21 noyabr (AZƏRTAC). Noyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasına işgüzar səfərə yola düşmüşdür.
Dövlətimizin başçısını Heydər Əliyev adına Beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.
######
![]() |
![]() |

