AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ATƏT-İN MİNSK QRUPUNUN HƏMSƏDRLƏRİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Prezident sarayında ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasyeni, rusiyalı həmsədri Yuri Merzlyakovu, amerikalı həmsədri Mətyu Brayzəni və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmişdir.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlarla bağlı məsələlər müzakirə edilmişdir.