AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV bp ŞİRKƏTİNİN İCRAÇI DİREKTORUNU QƏBUL ETMİŞDİR
London, 13 iyul (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, iyulun 13-də Azərbaycan Prezidenti İlham Əliyev onun üçün ayrılmış iqamətgahda bp şirkətinin icraçı direktoru Toni Hayvordu qəbul etmişdir.
Söhbət zamanı bp şirkəti ilə Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyədə davam etdirildiyi bildirildi, əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu.
Görüşdə “Şahdəniz” layihəsinin işlənilməsinin gedişi və perspektivləri ilə bağlı məsələlər müzakirə edildi.
######
