AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İSLAM KONFRANSI GƏNCLƏR FORUMUNUN NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Prezident sarayında İslam Konfransı Gənclər Forumunun nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Bakıda “Gənclər sivilizasiyaların alyansı naminə” beynəlxalq konfransın uğurla keçməsindən məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev konfransın əhatə etdiyi mövzunun və edilən çıxışların əhəmiyyətinə toxundu.
Forumun idarə heyətinin sədri Əli Sarıqaya “Gənclər sivilizasiyaların alyansı naminə” beynəlxalq konfransın Azərbaycanda keçirilməsinin böyük önəm kəsb etdiyini bildirdi. O, Prezident İlham Əliyevin İslam Konfransı Gənclər Forumunun fəaliyyətinə dəstəyinin Forumun əldə etdiyi uğurlarda xüsusi əhəmiyyət daşıdığını vurğuladı.