AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN XATİRƏSİNƏ HƏSR EDİLMİŞ KONSERTDƏ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, dekabrın 12-də Birinci beynəlxalq Rostropoviç musiqi festivalı çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş konsert olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva konsertdə olmuşlar.
Dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçin həyat yoldaşı Qalina Vişnevskaya da salonda idi. Amerikalı dirijor Kristian Badeanın rəhbərliyi ilə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət simfonik orkestrinin ifasında P.Çaykovskinin əsərləri səslənmişdir. Solist görkəmli rusiyalı violonçelçi Nataliya Qutman idi.