Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN İSVEÇRƏYƏ SƏFƏRİ
CNN TELEVİZİYA KANALINA MÜSAHİBƏ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN İSVEÇRƏYƏ SƏFƏRİ  CNN TELEVİZİYA KANALINA MÜSAHİBƏ

Bakı, 4 fevral (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 30-da Davosda “Konqress” mehmanxanasında CNN televiziya kanalına müsahibə vermişdir. Həmin müsahibənin mətnini oxuculara təqdim edirik.

-Sizin qatıldığınız tədbirdə iştirak etməkdən məmnun olduq. Davos forumunun gündəliyindəki məsələlərdən biri də enerji bazarının mövcud vəziyyəti ilə bağlı olacaqdır. Beynəlxalq Valyuta Fondu bildirmişdir ki, ümumən dünyada 2009-cu ildə artım yalnız 0,5 faiz təşkil edəcəkdir. Eyni zamanda, neftin qiyməti 40 dollardan aşağı düşmüşdür. Qlobal artımın bu qədər zəifliyi şəraitində, hər hansı sabitlikdən danışmaq olarmı?

-Bildiyiniz kimi, bir neçə ay bundan öncə qiymətlərin birdən-birə bu dərəcədə aşağı düşməsini proqnozlaşdırmaq çox çətin idi. Ona görə də biz tam əmin ola bilmərik ki, qiymət indiki səviyyədən də aşağı düşməyəcəkdir. Eyni zamanda, biz hasilatçılar hamımız ümid edirik ki, qiymət yenidən qalxacaqdır. Bunu əvvəlcədən demək çox çətindir. Bu, tələbatdan, dünya iqtisadiyyatından və dünyada qlobal böhranın hansı yolla aradan qaldırılmasından asılıdır.

-OPEK-in baş katibi bildirmişdir ki, əgər gündə dörd milyon barrel nefti bazardan çıxarsaq və əgər zəruri hesab edilərsə, təchizatı bundan da çox azaltsaq, vəziyyət sabitləşər. Siz eyni addımları atarsınızmı: məsələn, hasilat gündə 300 min barrel həcmində azalsın?

-Hesab edirəm ki, proqnozlaşdırdığımız gündəlik 1 milyon barrel hasilat kifayət qədər töhfəmiz hesab edilə bilər. Bundan artıq həcmi hasil etməyəcəyik.

-Siz hesab edirsinizmi ki, bazarda satışdan daha çox həcmdə enerji daşıyıcıları çıxarılmalıdır?

-Bir daha qeyd edirəm ki, bu günə qədər OPEK-in gördüyü tədbirlər, əlbəttə ki, həvəsləndiricidir. Lakin hamımız gördük ki, bu, fayda vermir. Onlar tərəfindən hasilatın nə qədər azaldılmasına baxmayaraq, qiymət yenə də aşağı düşür. Bu onu göstərir ki, həcmlərlə qiymət arasında birbaşa əlaqə yoxdur. Eyni vəziyyət qiymətlər sürətlə artanda da baş verirdi. OPEK o vaxt da məsələni nizamlamağa çalışırdı. Beləliklə, bu mexanizmlər işləmir.

-OPEK və qeyri-OPEK ölkələri, eyni zamanda, istehlakçı ölkələr və 20-lər qrupu arasında dialoqun əsas mahiyyəti haqqında nə deyə bilərsiniz?

-Zənnimcə, OPEK və qeyri-OPEK ölkələri arasında əməkdaşlıq bu işə əhəmiyyətli töhfə verə bilər. Lakin bu, daha geniş formatda aparılmalıdır. Bildiyiniz kimi, OPEK-ə üzv olmayan ölkələrdən yalnız ikisi hasilatın azaldılması barədə bəyanat vermişdir. Onlardan biri Azərbaycandır. Hesab edirəm ki, OPEK və qeyri-OPEK ölkələri arasında hasilat həcmi ilə bağlı daha geniş formatlı əməkdaşlıq sazişi olmalıdır. Bu sazişə əməl edilməlidir, heç kəs kiminsə hesabına daha yaxşı şərait əldə etməyə çalışmamalıdır.

-Yaxud daha çox bazar payı?

-Əlbəttə.

-Neft qiymətinin 147 dollardan 40 dollara düşməsi digər bir məsələni də üzə çıxardı. Gələcək üçün planlaşdırma məsələsini. Gələcək üçün münasib qiymət hansı ola bilər? Yəni, böhran aradan qalxandan sonra qiymətin 60 və ya 80 dollar səviyyəsində olması münasibdirmi?

-Bu, qəbul edilə biləcək qiymət ola bilər. Lakin hesab edirəm ki, sərfəli qiymət təxminən 100 dollar civarında ola bilər. Bu qiymət şirkətlərə daha asan şəkildə sərmayə qoymaq imkanını yaradacaqdır. 60 və ya 70 dollar isə iqtisadi baxımdan minimum sərfəli qiymətdir. Belə qiymətlə şirkətlər həm sərmayə qoya bilər, həm də bu qərardan yayına bilər. Bu, şirkətlərin imkanlarından asılı olacaqdır. Neft şirkətlərinin heç də hamısı bərabər potensiala və maliyyə ehtiyatlarına malik deyildir. Fikrimcə, qiymət təxminən 100 dollar həcmində olarsa, bu, neft hasil edən ölkələr üçün ədalətli hesab edilə bilər. Neft şirkətlərindən fərqli olaraq, ölkələr nəinki neft hasilatına, başqa sahələrə də sərmayə qoymalıdır.

-Zənnimcə, xüsusi vurğulamağa ehtiyac yoxdur ki, 100 dollarlıq qiymət Qərbin heç də ürəyincə deyildir. Bu, həqiqətən belədir.

-Lakin hesab edirəm ki, bu qiymət hamının tələbatına cavab verir və istehlakçılar ilə bazar bu qiymətlə ayaqlaşa bilər. Hasilatçı ölkələr “qara qızıl”ı asanlıqla insan kapitalına çevirə bilər. Şirkətlər isə daha çox sərmayə qoyar.

-Hazırda Orta Şərqdə resessiya ilə bağlı narahatlıq yaranıbdır. Lakin orada izafi hasilatla bağlı mənfəət də əldə edirlər. Bu sözləri Azərbaycana da aid etmək olar. Belə şəraitdə, siz insan kapitalının, informasiya texnologiyalarının daha da inkişafını davam etdirirsinizmi? İzafi hasilatla yanaşı, son illərdə ölkəniz fenomenal şəkildə inkişaf etmişdir.

-Tamamilə haqlısınız. Biz iqtisadiyyatı şaxələndiririk və onun neftdən asılılığını azaldırıq. İnformasiya texnologiyaları, infrastruktur, kənd təsərrüfatı, təhsil, səhiyyə və digər sahələrə sərmayə yatırırıq. Hesab edirəm ki, biz artıq bu sahədə mühüm nailiyyətlər əldə etmişik. Neft qiymətindən daha az, əvvəllər heç zaman olmadığı qədər asılıyıq. Hətta neftin bugünkü 40 dollarlıq qiyməti ilə belə, Azərbaycanın iqtisadiyyatı inkişaf edir. Belə düşünürəm ki, 2009-cu il də ÜDM-in artımı baxımından ölkəmiz üçün uğurlu olacaqdır.

-Sizdən sualıma açıq cavab almaq istərdim. Enerji daşıyıcılarının Avropaya nəql edilməsi ilə bağlı Rusiya və Ukrayna arasında iki ildən artıqdır ki, mübahisə davam edir. Sizcə bu çətin vəziyyətdən necə çıxmaq olar? Azərbaycan alternativ boru kəmərləri şəbəkəsi çəkmək fikrindədirmi?

-Rusiya ilə Ukrayna arasında gərginlik, belə demək mümkünsə, alternativ marşrutlara daha çox diqqəti cəlb etmişdir. Bizə gəldikdə isə, heç vaxt özümüzü bir növ alternativ marşrut hesab etməmişik. Biz sadəcə, hasilata sərmayə yatırılması, boru kəmərlərinin çəkilməsi və enerji daşıyıcılarımızın Qərb bazarlarına çatdırılması işi ilə məşğuluq. Bir neçə il bundan öncə enerji məsələlərinin həlli təxirəsalınmaz məsələ kimi üzə çıxdı. Təkcə bir hasilatçıdan asılılıq müəyyən narahatlıqlar doğurur. Buna görə də tamamilə təbiidir ki, Avropada xəritəyə daha diqqətlə baxmağa başladılar. Gördülər ki, Azərbaycanda, Xəzərdə böyük enerji ehtiyatları var, Azərbaycan qazını Qərb bazarlarına nəql edən müasir boru kəməri fəaliyyət göstərir. Onlar belə fikrə gəldilər ki, niyə də bu prosesi sürətləndirməyək?! Ona görə də bu gün yeni mənbələrə diqqət artmaqdadır. Onu deyə bilərəm ki, Xəzərin ehtiyatları, xüsusən də Azərbaycan Avropa bazarları üçün yeganə yeni qaz mənbəyidir. Bütün digər mənbələr artıq istifadədədir. Bir yerdə hasilat artırılmalıdır ki, digər mənbədən asılılıq azalsın. Lakin yeni mənbəyə gəldikdə, söhbət yalnız bizdən gedə bilər.

-İran, Pakistan və Hindistan arasında sülh boru kəməri adlanan ideya mövcuddur və buna Amerika Birləşmiş Ştatları müqavimət göstərir.

-Bilirsiniz, əgər bu, kommersiya baxımından faydalıdırsa, onda layihədə iştirak edən ölkələr bunu edə bilər. Bəzən neft biznesində müqavimət və əks mövqelər özünü büruzə verir. Neft şirkətlərinin bir çox rəsmiləri bacarıqlı diplomatlara çevrilirlər, çünki onlar bu mühitdə yaşamalıdırlar. Ona görə əgər siyasi iradə olarsa, istənilən layihə baş tutar. Azərbaycanın təcrübəsi çox nümunəvidir. Biz Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisinə başlayanda bir çox müqavimətlərlə üzləşdik. Lakin güclü iradəmiz, aparıcı maliyyə təsisatlarının dəstəyi bunu mümkün etdi.

-Sağ olun.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

MDB-nin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik Azərbaycana keçib

Türkiyə Qara dənizdə gündəlik qaz hasilatını 20 milyon kubmetrə çatdırmağı planlaşdırır

Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb

Türkiyə Müdafiə Nazirliyi: Səudiyyə Ərəbistanına dəstək addımları ölkə Konstitusiyasının tələblərinə cavab verməlidir

BƏƏ-nin dövlət naziri: Sülhün təmin olunması üçün birgə çağırışların öhdəsindən gəlməliyik

NDU-da təhsilin inkişafı, rəqəmsallaşma və elmi innovasiyalar diqqət mərkəzindədir

“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib

Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşüblər, Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Azərbaycanın müasir dövlətçilik tarixində mühüm uğurlarla yadda qalan 23 il - ŞƏRH

Sergey Lavrov: Bizim vəzifəmiz Müşavirəni yeni reallıqlara uyğunlaşdırmaqdır

Fəxrəddin Manafov: Ramiz Quliyev milli musiqimizin inkişafına mühüm töhfələr verib

Budapeştdə iki məktəbə bomba hədəsi ilə bağlı məktublar daxil olub

Humayun Kabir: Azərbaycanın AQEM-ə sədrliyi Asiyada əlaqələrin güclənməsinə xidmət edir

Dövri tikinti sənayesinin inkişafında universitet–sənaye əməkdaşlığının rolu müzakirə olunub

“Dövlətimizi yad təhlükələrdən qorumaq hər birimizin borcudur” – Şəhidin həyat yoldaşı

Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər

Lautaro Martinez Milan derbisini buraxa bilər

Dünyəvi məktəb – milli dövlətçiliyin və ideoloji təhlükəsizliyin təminatıdır ŞƏRH

Bakıda inklüziv məşğulluq sahəsində ən yaxşı qlobal təcrübələrdən danışılıb

Şahzadə Harri və Meqan Markl Britaniyaya qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxıblar

Belçikalıların dörddəbiri kiçik elektron cihazların düzgün utilizasiyası qaydalarını bilmir

AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir

® “Birbank Invest” vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı

Müşavir: Bu ilin doqquz ayında azad olunmuş ərazilərdə 1100 transformator təmir olunub

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

Azərbaycan Türk dünyasının iqtisadi və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

Şri-lankalı nazir: AQEM Azərbaycanın sədrliyi dövründə böyüməyə, güclənməyə davam edəcək

“Azərişıq”: Azərbaycanda elektrik enerjisi itkilərində azalma tendensiyası daim müşahidə olunur

Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub

Bəhreyn XİN: Azərbaycan nəqliyyat sistemlərinin səmərəliliyinin təmin edilməsində mühüm rol oynayır

Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur

Mənsum İbrahimov: Ramiz Quliyev xalqımızın qəlbində özünə əbədi abidə ucaltmış sənətkardır

Tanınmış alim İlham Məmmədova həsr olunmuş biblioqrafik göstərici işıq üzü görüb

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatının pley-off mərhələsində

Azərbaycan alimləri Türkiyədə keçirilən beynəlxalq üzümçülük simpoziumunda iştirak ediblər

® “AccessBank” və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir

Xətai rayonunda YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrlə bağlı müşavirə keçirilib

Hərbivəzifəlilərin təlim toplanışı davam edir

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Pakistanın Misirdəki səfiri azərbaycanlı tədqiqatçı-alimi təltif edib

İstanbulda leysan nəticəsində 2 nəfər ölüb, təhsil müəssisələrində tədris birgünlük dayandırılıb VİDEO

İstanbulda leysan nəticəsində 2 nəfər ölüb, təhsil müəssisələrində tədris birgünlük dayandırılıb VİDEO

Azərbaycan Almatıda Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin iclasında iştirak edəcək

Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər

Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib

Tünzalə Yusifova: Güclü dövlətin gələcəyi savadlı və vətənpərvər gənclərdən asılıdır

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan  REPORTAJ  VİDEO

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan REPORTAJ VİDEO

İqor Sergeyenko: AQEM-in tamhüquqlu təşkilata çevrilməsini dəstəkləyirik

“Vüqar Həşimov” və “Odlar Yurdu” şahmat klubları Avropa Kubokunda çıxış edəcək

Ləman İbrahimova: Əsas vəzifə texnologiyanı idarə edən, tarixini bilən və tənqidi düşünən nəsil yetişdirməkdir

İşğaldan azad olunmuş ərazilərdə 17 minə yaxın istehlakçı elektrik enerjisi ilə təmin edilib

Kambocanın Baş naziri: Dialoq və beynəlxalq hüquq çərçivəsində sülhə nail olmaq lazımdır

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilir
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB

Vanq Yin: Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir

İsveçdə işsizlik səviyyəsi azalıb

Hərbi hissələrdə “Açıq qapı” günləri təşkil olunub

Qars Qafqaz Universitetində “Azərbaycan Günü”: Təhsil ocağında Mirzə Fətəli Axundzadə guşəsi açılıb

Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib

Vo Thi An Suan: Azərbaycan beynəlxalq əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verib

Məktəbli forması bərabərliyin, eyniliyin, səliqənin təmin olunmasıdır - Sosioloq

Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək

Laos Prezidenti: AQEM-ə tamhüquqlu üzv olmaq üzərimizdə böyük məsuliyyət və öhdəlik yaradır

İnam Yusifov: İstehlakçılara müxtəlif istiqamətləri əhatə edən 18 adda xidmət göstərilir

Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar

Azərbaycandan 18 milyard kubmetrdən çox təbii qaz ixrac olunub

Türkmənistan Prezidenti: Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir və biz onu dəstəkləyirik

Doqquz ayda Azərbaycanda 20 milyon tonadək neft hasil edilib

Azərbaycanda ən yaxşı təcrübələr - İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib

Astanada daşımaların rəqəmsallaşdırılması və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı nəzərdən keçirilib

Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək

SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji sektorunda əməkdaşlıq imkanları dəyərləndirilib

Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb VİDEO

Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb VİDEO

İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib

AMB: BOKT-ların maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi planlaşdırılır VİDEO

AMB: BOKT-ların maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi planlaşdırılır VİDEO

AQEM-in Zirvə Toplantısı Azərbaycanın beynəlxalq dialoq məkanı kimi mövqeyini bir daha ön plana çıxarır - ŞƏRH

Fərid Şəfiyev: Qlobal təhlükəsizlik üçün beynəlxalq və regional əməkdaşlıq gücləndirilməlidir

İradə Hüseynova: Dayanıqlı şəhərsalma ekoloji tarazlığın qorunmasını tələb edir

Emoməli Rəhmon: Yalnız qarşılıqlı ehtiram, hörmət və anlaşma ilə ortaq məqsədlərimizə nail ola bilərik

Azərbaycanlı qadın Varşava Təhlükəsizlik Forumunun nüfuzlu liderlik proqramına seçilib

Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır

Aİ Şurasının Sammitində iqtisadi rəqabətqabiliyyətlilik və təhlükəsizlik məsələləri müzakirə olunur

Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi

Sadır Japarov: Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm

Xalq artisti Ramiz Quliyevin vəfatının ildönümündə məzarı ziyarət olunub, qəbirüstü abidəsi açılıb

Qazaxıstan tranzit yükdaşımanı 2030-cu ilə kimi 67 milyon tona çatdırmağı planlaşdırır

Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm

Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər

Ər-Riyadda keçirilməsi planlaşdırılan kiberidman üzrə dünya çempionatı təxirə salınıb

Ballıca şəlaləsinin ətrafında iməcilik: 2 hektar ərazi tullantılardan təmizləndi VİDEO

Ballıca şəlaləsinin ətrafında iməcilik: 2 hektar ərazi tullantılardan təmizləndi VİDEO

“Akasiya” qadın kooperativinin uğur hekayəsi VİDEO

“Akasiya” qadın kooperativinin uğur hekayəsi VİDEO

Şavkat Mirziyoyev: AQEM Asiyada qarşılıqlı etimad infrastrukturu yaratmalıdır

BDYPİ beynəlxalq sərgidə təmsil olunur VİDEO

BDYPİ beynəlxalq sərgidə təmsil olunur VİDEO

Mərkəzi Bank vətəndaşlara zəruri olmayan xərcləri qarşılamaq üçün borc götürməməyi tövsiyə edir

Politoloq: Prezident İlham Əliyevin 23 illik fəaliyyəti Azərbaycanın tarixi Zəfərini və güclü dövlət quruculuğunu təmin edib

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanın müdafiə naziri qırğızıstanlı həmkarı ilə görüşüb

Qazaxıstan Milli Akademik Kitabxanasına Azərbaycan haqqında yeni kitablar hədiyyə edilib

Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqlayıb VİDEO

Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqlayıb VİDEO

Prezident İlham Əliyev: Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb

Azərbaycan Prezidenti: Bizi müharibəyə Ermənistan məcbur edib