RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN KÜVEYTƏ RƏSMİ SƏFƏRİ BAŞA ÇATMIŞDIR
Əl-Küveyt, 11 fevral (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, “Bəyan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Küveyt Dövlətinin əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın qısa görüşü olmuşdur.
X X X
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Küveyt Dövlətinə rəsmi səfəri başa çatmışdır.
Azərbaycanın və Küveytin dövlət bayraqları ilə bəzədilmiş Əl-Küveyt beynəlxalq hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycanın və Küveytin dövlət himnləri səsləndi.
Prezident İlham Əliyevi Küveyt Dövlətinin əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah və ölkənin digər rəsmi şəxsləri böyük hörmət və ehtiramla yola saldılar.
X X X
Dövlətimizin başçısı həmin gün Bakıya qayıtdı.
Azərbaycan Prezidentini Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.
######