AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NAXÇIVAN MUXTAR RESPUBLİKASINA SƏFƏRİ
HAVA LİMANINDA QARŞILANMA
Naxçıvan, 3 avqust (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Naxçıvan Muxtar Respublikasına səfərə gəlmişdir.
Dövlətimizin başçısının şərəfinə Naxçıvan beynəlxalq hava limanında fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və digər rəsmi şəxslər ehtiramla qarşıladılar.
Milli geyimli qızlar Prezident İlham Əliyevə və xanımına gül dəstələri təqdim etdilər.
Dövlətimizin başçısı fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Prezident İlham Əliyev Naxçıvan MR-in rəhbər şəxsləri ilə görüşdü.
######
![]() |
![]() |

