Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ BELARUS PREZİDENTİ ALEKSANDR LUKAŞENKONUN TƏKBƏTƏK GÖRÜŞÜ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ BELARUS PREZİDENTİ ALEKSANDR LUKAŞENKONUN TƏKBƏTƏK GÖRÜŞÜ

Minsk, 12 noyabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun təkbətək görüşü olmuşdur.

Prezident Aleksandr LUKAŞENKO Azərbaycan dövlətinin başçısına müraciət edərək dedi:

-İlham Heydər oğlu, Sizinlə yenidən bu cür rəsmi şəraitdə görüşürük. Mən bunu ona görə xüsusi vurğulayıram ki, bizim işgüzar görüşlərimizin sayı kifayət qədər çoxdur. Biz tez-tez ünsiyyətdə oluruq və bu, sadəcə dostcasına ünsiyyət deyildir. Bu, bizim görüşlərə xas olan cəhətdir. Belarusda bunu hamı bilir. Lakin bu həm də çox cəhətdən işgüzar danışıqlardır. Qeyd etmək istərdim ki, Sizin gəlişinizə hazırlaşarkən mən görüşlərimizin xüsusiyyətinin nədən ibarət olması barədə düşünürdüm. Axı Siz də dövlət rəhbərləri, dövlət başçıları ilə görüşürsünüz, mən də. Bilirsiniz, bizim razılaşmaların yüksək səmərəliliyini görmək mənə xoş idi - əvvəllər mən bu barədə fikirləşməmişdim. Praktik olaraq biz nə barədə razılığa gəlmişiksə, hamısı həll olunub. Son dövrlərdə ticarət dövriyyəsinin 11 dəfə artması bunun nəticəsidir. Lakin Sizin Baş nazirin birinci müavini Belarusda səfərdə olarkən biz həmin problemi müzakirə etdik və birmənalı şəkildə qeyd etdik ki, bu, bizi təmin edən əmtəə dövriyyəsi deyildir. Bizim kimi ölkələr iki-üç il müddətində beş yüz milyonluq həddi asanlıqla aşa bilər. Bunun rəhni odur ki, maliyyə-iqtisadi böhran şəraitində hər yerdə əmtəə dövriyyəsinin azaldığı bir vaxtda, bizdə əmtəə dövriyyəsinin həcmi keçənilki səviyyə ilə müqayisədə təqribən 110 faiz olmuşdur. Yaxşı dinamikadır. Bu, birincisi.

İkincisi, biz bu gün hansı istiqamətlər üzrə irəliləmək mümkün olacağını müəyyənləşdirə bilmişik. Bildiyiniz kimi, qarşılıqlı münasibətlərdə, ticarət-iqtisadi münasibətlərdə bu, əsas məsələdir. Bəzən hər iki tərəfin potensial imkanları olur. Lakin onlar həmin potensialı cəmləşdirə bilmirlər. Biz dəqiq razılığa gəlmişik və müasir metodlarla işləyirik. Biz müştərək istehsalatlar yaradırıq. Biz daxili bazarlarımız üçün işləyirik və kifayət qədər məhsul istehsal etdiyimiz təqdirdə üçüncü dövlətlərin bazarlarına çıxırıq. Bu, yaxşı perspektivdir. Ona görə də biz bu istiqamətdə hərəkət etmək əzmindəyik. Biz görürük ki, razılaşdırdığımız layihələri Siz Azərbaycanda dəstəkləyirsiniz. Bu, bizi qane edir və razı salır. Buna görə də Siz əmin ola bilərsiniz ki, razılığa gəldiyimiz bütün məsələlər sözsüz yerinə yetiriləcəkdir.

Yəqin ki, biz başqa məsələləri də müzakirə edəcəyik. Mən Sizə Ukrayna rəhbərliyi ilə mənim son görüşüm barədə məlumat vermək istəyirəm. Bizim ümumi layihələrimiz ola bilər. Ona görə mən bu gün Sizi özünüzə doğma saydığınız şəhərdə böyük məmnuniyyətlə qəbul edirəm. Görürəm ki, bu şəhər Sizin xoşunuza gəlir. Siz yaxşı dincəlmisiniz. Buna görə biz yaxşı işləyə bilərik. 

                                                    X X X

Azərbaycan Prezidenti İlham ƏLİYEV səmimi qəbul üçün təşəkkür edərək dedi:

- Çox sağ olun, hörmətli Aleksandr Qriqoryeviç. İlk növbədə, Sizin ölkəyə yenidən rəsmi səfərə dəvətə görə sağ olun. Mən yenidən qonaqpərvər Belarus torpağında olmağıma və fəal dialoqumuzu davam etdirməyə görə şadam. Ölkələrimiz arasında münasibətlər güclü, dinamik və Sizin qeyd etdiyiniz kimi, çox səmərəli inkişaf edir. Çox mühüm nəticələr əldə edilmişdir. Nisbətən qısa müddətdə biz rəsmi səfərlər etmişik. Bu yaxınlarda, səfər ərəfəsində mən də materiallara baxmışam. Son bir neçə ildə hökumətlərimizin başçıları müvafiq surətdə Belarusa və Azərbaycana üç dəfə səfər etmişlər. Beləliklə, çox səmərəli dialoq aparılır və qərarlar praktiki olaraq həyata keçirilir.

Bizim aramızda ortaq cəhətlər çoxdur və bu keyfiyyətlərdən biri məhz qəbul edilmiş qərarların yerinə yetirilməsində məsuliyyət hissidir. Mən də çox şadam ki, razılığa gəldiyimiz bütün məsələlər uğurla, özü də qısa müddətdə və keyfiyyətlə həyata keçirilir. Bu, əlbəttə, ölkələrimiz arasında etimad səviyyəsini qat-qat artırır və həm də yeni perspektivlər açır. Nisbətən yaxın vaxtlarda, cəmi üç il bundan əvvəl Belarusda Azərbaycan və Azərbaycanda Belarus səfirlikləri açılmışdır. Lakin bu müddət ərzində biz çox böyük yol keçmişik. Böhranlı ildə əmtəə dövriyyəsinin artırılması barədə Sizin qeyd etdiyiniz fakt yəqin ki, tənəzzül deyil, tərəqqi prosesi gedən nadir hallardan biridir. Bütün bunlar nikbinlik doğurur. Əminəm ki, biz birgə fəaliyyətimizi səylə davam etdirəcək, qarşılıqlı siyasi əlaqələri gücləndirəcək, yeni iqtisadi layihələri həyata keçirəcəyik.

Mən buraya bizim iqtisadiyyatın demək olar ki, bütün sektorlarını əhatə edən nazirlərdən və Baş nazirin müavinindən ibarət böyük bir nümayəndə heyəti ilə gəlmişəm. Ümid edirəm ki, bu səfərin yekunlarına əsasən biz yeni konkret qərarlar qəbul edəcək, yeni layihələri daha səmərəli şəkildə həyata keçirəcək, köhnə layihələri davam etdirəcək, tərəfdaşlığı möhkəmləndirəcəyik. Sizinlə şəxsi planda görüşlərimiz, həmçinin mənə də çox xoşdur. Sizin qeyd etdiyiniz kimi, biz beynəlxalq tədbirlərdə tez-tez görüşürük, ünsiyyət saxlamağa həmişə vaxt tapırıq. Lakin rəsmi səfər tamam başqa formatdır. O, həm də bizim ikitərəfli əlaqələrin inkişafına verdiyimiz əhəmiyyəti vurğulayır.

Qonaqpərvərliyə görə, Sizə bir daha təşəkkür edirəm. Minskin sürətlə inkişafını görməyə çox şadam. Mən burada üç il bundan əvvəl olmuşam və bu gözəl şəhərin, Sizin ölkənin necə dinamik inkişaf etdiyini görürəm. Bu münasibətlə Sizi ürəkdən təbrik edirəm.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zülfiyyə Nuriyeva: “Kəlağayı yürüşü”nün əsas məqsədi milli irsimizi gənclərə daha yaxından tanıtmaqdır

Trampın Qrenlandiya ilə bağlı bəyanatı Danimarka ilə razılaşmanın şərtlərinə əməl olunması məsələsini gündəmə gətirib

Müdafiə Nazirliyinin Tibb İdarəsi ilə “Vərəmsiz Gələcəyə Doğru” İB arasında memorandum imzalanıb

İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub

Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası təşkil olunub

İnha Universitetinin azərbaycanlı tələbələri bir araya gəlib

Gürcüstanda xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyi qeyd olunur

Azərbaycan alimləri beynəlxalq “Top 2% Scientists” siyahısında yer alıblar

Mərkəzi Bank: Ani Ödənişlər Sistemi üzrə yeni xidmət haqqı tarifləri vətəndaşlara şamil olunmur

Dilçilik İnstitutunun əməkdaşları Bişkekdə keçirilən beynəlxalq simpoziumda iştirak ediblər

Uşaqların gələcəyi hər cür manipulyasiyadan müdafiə olunmalıdır – RƏY

Dini ideologiyaların gənclərin həyatına və dövlətin qanunlarına sirayət etməsi qəbulolunmazdır - ŞƏRH

İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib

Məktəbli forması: təhsil mühitində bərabərlik, intizam və sosial məsuliyyət amili

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır

İndoneziyada meşə yanğınları havanın kəskin çirklənməsinə və regionda məktəblərin bağlanmasına səbəb olub

Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər

® “DigiTravel” ilə aviabiletləri də indi alıb sonra ödəyin!

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir

Baba Vəziroğlu: Məktəbdə hər kəs müəyyən edilmiş qaydalara hörmətlə yanaşmalıdır

Buxarada qardaşlıq nəğmələri: İki ölkə sənətçilərindən möhtəşəm konsert

Gədəbəydə avtomobili aşıran sürücünün həyat yoldaşı ölüb, oğlu yaralanıb VİDEO

Gədəbəydə avtomobili aşıran sürücünün həyat yoldaşı ölüb, oğlu yaralanıb VİDEO

DİM: Dövlət qulluğu imtahanında 171 namizəd müvəffəqiyyət əldə edib

Binaların enerji effektivliyi üzrə pasportlaşdırmanın rəqəmsallaşdırılması üçün platformanın hazırlanması yekunlaşmaq üzrədir

Azərbaycan və Pakistan qadın sahibkarlığı sahəsində əməkdaşlığı genişləndirir

Dövlət qulluğu üzrə 876 vakant vəzifə müsahibəyə çıxarılıb

Risklərin idarə edilməsi üzrə qərar qəbuletmə mexanizmləri nəzərdən keçirilib

Ekspert: Tikinti layihələrində ekoloji standartların qorunması genişləndirilməlidir

Aİ strateji minerallar üzrə Çindən asılılığı azaltmaq üçün Vyetnamla əməkdaşlığı genişləndirmək istəyir

Laos AQEM-ə üzv olmaq üçün təsisedici sənədləri imzalayıb

Pekində terrorizmlə mübarizəyə dair beynəlxalq forum keçirilir

Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır

Çinin xarici ticarəti 19 faizə yaxın artıb

Ekspert: Azərbaycanın dünyəvi təhsil ənənələri milli maarifçilik tariximizin ayrılmaz hissəsidir

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB VİDEO

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB VİDEO

İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb

Cənubi Koreya və ABŞ müdafiə danışıqları keçirmək barədə razılığa gəlib

Çingiz Abdullayev: Əminəm ki, “Sabah” “Barselona”ya qarşı da çəkinmədən oynayacaq

Astanada Azərbaycanın Orta Dəhlizin inkişafında rolu müzakirə olunub

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir VİDEO

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir VİDEO

Azərbaycan qonaqpərvərlik sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirir

Vədiyə Ələkbərzadə: Akkreditasiya özəl tibb müəssisələri üçün bir çox prosesin obyektiv qiymətləndirilməsini təmin edən mexanizmdir

Saleh Sultansoy: “Elm şəhərləri” TDT-nin inkişafına güclü təkan verə bilər

QHT-lərin təşəbbüsü ilə Bakıda kəlağayının təbliğinə həsr edilən yürüş keçirilib

Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb

Henning Sasse: Tikintidə ekoloji təmiz xammalın və alternativ yanacaqların istifadəsi vacibdir

AzTU-nun müəllimi Türkiyədə beynəlxalq simpoziumda məruzə ilə çıxış edib

Laos Prezidenti “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət edib

BDU-nun 14 tələbəsi “Əlaçı” təqaüd proqramının qalibi olub

Milli Hidrometeorologiya Xidməti: Hazırda keçid dövrünə xas hava şəraiti müşahidə edilir

Rasim Əliquliyev: Gəncləri kibermanipulyasiyadan qorumaq prioritet vəzifədir VİDEO

Rasim Əliquliyev: Gəncləri kibermanipulyasiyadan qorumaq prioritet vəzifədir VİDEO

Avstraliyada demensiyanın erkən əlamətlərini aşkarlayan göz testləri hazırlanıb

Ukrayna ordusu üç yaşayış məntəqəsini azad edib

Azərbaycanla Mərkəzi Asiya ölkələrinin əməkdaşlığının genişlənməsi yeni imkanlar yaradır ŞƏRH

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində qiymətləndirmə təlimi təşkil olunub

Naftalanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqət mərkəzindədir

Zumerlər əməkhaqqı səbəbindən iş yerlərini dəyişdirmək istəyirlər

SEPAH Hörmüz boğazında konteyner daşıyan gəminin batdığını bildirib

Kamboca Krallığının Baş naziri Milli Məclisdə olub

Vahid geyim şagirdlərə ortaq qaydaların mövcudluğunu öyrədən vasitələrdən biri kimi qəbul oluna bilər – ŞƏRH

Baş nazir Əli Əsədov Laosun Prezidenti Thonqlun Sisulitlə görüşüb

Azərbaycanlı Formula 4 pilotu "Slovakia Ring" trasında növbəti testlərini uğurla başa vurub

Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir ŞƏRH

Beynəlxalq Enerji Agentliyi: Dizel yanacağı çatışmazlığı 2027-ci ilədək davam edə bilər

ADAU-da YAP-ın VIII Qurultayının qərarlarından irəli gələn vəzifələr önə çəkilib

XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq VİDEO

XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq VİDEO

Bu il qlobal neft tələbatının gündəlik 2,6 milyon barel azalacağı gözlənilir

Qazaxıstanın Manqistau vilayətinin rəhbəri və Türkiyə diplomatı Orta Dəhlizi müzakirə ediblər

Azərbaycan Astanada beynəlxalq nəqliyyat-logistika sərgisində təmsil olunur

Sergey Lavrov Bakıda AQEM-in sammitində iştirak edəcək

Yusif Vəliyev: Laçın və Zəngilanda “Səyyar Gənclər Xidməti” layihəsi reallaşdırılacaq VİDEO

Yusif Vəliyev: Laçın və Zəngilanda “Səyyar Gənclər Xidməti” layihəsi reallaşdırılacaq VİDEO

AMADA sumo üzrə dünya çempionatı ərəfəsində antidopinq vebinarları təşkil edib

Səudiyyə Ərəbistanından olan yazıçı Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib

Pərviz Şahbazov: Gələn ilin sonunadək ümumi gücü 2 giqavat olan 11 stansiya istismara veriləcək

Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib

Zibeydə Hacıyeva: Qarabağdakı bərpa və yenidənqurma prosesində özəl sektor yaxından iştirak edir VİDEO

Zibeydə Hacıyeva: Qarabağdakı bərpa və yenidənqurma prosesində özəl sektor yaxından iştirak edir VİDEO

Sentyabrda Körfəz istehsalçılarının neft təchizatı bərpa olunub

Gənc Tamaşaçılar Teatrında “Pullu komediya” tamaşasının premyerası olacaq

Ani Ödənişlər Sistemi ilə gündəlik əməliyyat sayı ilk dəfə 1 milyonu, aylıq dövriyyə isə 2 milyard manatı ötüb

BBC Trampın məhkəmədə ifadə verməyə məcbur edilməsini tələb edir

"Ərzurumspor" Nəriman Axundzadənin komandadan ayrılacağı ilə bağlı iddialara son qoyub - EKSKLÜZİV

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil edilir

Media və Yayım Şurası: İranın "Səhər" telekanalı ictimai rəyi çaşdıran dezinformasiya yayır

Keçən ay OPEC+ üzrə neft tədarükü gündəlik 40,62 milyon barelə çatıb

“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb

Tədqiqat: Hər il okeanın 1,58 milyon kvadratkilometri neftlə çirklənməyə məruz qalır

Qlobal neft tədarükü sutkada 102,3 milyon barelə yüksəlib

İqtisadiyyat Nazirliyi: Bir çox sahələrdə dövlət-özəl tərəfdaşlığı layihələrini həyata keçirməyə hazırıq

Şöbə müdiri: Azərbaycanın dənizdə külək enerjisi potensialı yaşıl enerji ixracı hədəfləri baxımından mühümdür

Yusif Vəliyev: Azad edilmiş ərazilərdə könüllülər üçün fərdi təlimlər təşkil olunur VİDEO

Yusif Vəliyev: Azad edilmiş ərazilərdə könüllülər üçün fərdi təlimlər təşkil olunur VİDEO

® Belaruslu nümayəndələr Gəncə Avtomobil Zavodunda istehsal prosesi ilə tanış olublar

Sabah hava əsasən yağmursuz keçəcək

İxracdan regional oyunçuluğa: Azərbaycan şirkətləri üçün yeni böyümə marşrutu - RƏY

“Barselona” tarixi rekordu təkrarlayıb

Özbəkistanlı mühəndis-energetiklər “Azərişıq”da təlimlərə başlayıblar

Nazir müavini: İşğaldan azad edilmiş ərazilərdə gənclərin inteqrasiyasına xüsusi diqqət yetirilir

“Azəriqaz” 9 ayda “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində 52 mindən çox xidmət göstərib

Şəki Regional Elmi Mərkəzində YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr nəzərdən keçirilib

Deputat: Dövlət əhaliyə tək insan resursu kimi deyil, insan kapitalı kimi baxır VİDEO

Deputat: Dövlət əhaliyə tək insan resursu kimi deyil, insan kapitalı kimi baxır VİDEO