AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ GÜRCÜSTAN PREZİDENTİ MİXAİL SAAKAŞVİLİNİN GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 21-də Tbilisidə Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixail Saakaşvilinin görüşü olmuşdur.
Söhbət zamanı ölkələrimiz arasında əlaqələrin genişləndiyi, qlobal enerji layihələrinin uğurla həyata keçirildiyi vurğulandı.
Prezidentlər Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin xalqlarımız, eləcə də dünya üçün əhəmiyyətindən söhbət açdılar və bildirdilər ki, yol Azərbaycan ilə Gürcüstanın, bütövlükdə regionun inkişafına xidmət edəcəkdir.
Görüşdə ikitərəfli əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik vurğulandı.