AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ SLOVENİYA PREZİDENTİ DANİLO TÜRKÜN TƏKBƏTƏK GÖRÜŞÜ
Bakı, 9 noyabr (AZƏRTAC). Noyabrın 9-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Sloveniya Respublikasının Prezidenti Danilo Türk və xanımı Barbara Mikliç Türk ilə birgə görüşü olmuşdur.
Sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Sloveniya Prezidenti Danilo Türkün təkbətək görüşü keçirilmişdir.
Görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə olundu. Ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensial imkanların olduğu vurğulandı.
Yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinin qeyd edildiyi görüşdə Sloveniya Prezidenti Danilo Türkün Azərbaycana rəsmi səfərinin də ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyinə əminlik bildirildi.
Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
######
![]() |
![]() |

