Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Prezidentinin 15 illik fəaliyyətinə işıq salan dəyərli nəşr

Azərbaycan Prezidentinin 15 illik fəaliyyətinə işıq salan dəyərli nəşr

Bakı, 27 dekabr, AZƏRTAC

Bu günlərdə çapdan çıxmış “İlham Əliyev - On beş illik prezidentlik dövrünün uğur salnaməsi (2003-2018)” kitabı elmi ictimaiyyətin böyük marağına səbəb olub. AZƏRTAC filologiya elmləri doktoru, professor Cahangir Məmmədlinin kitabla bağlı qeydlərini təqdim edir.

Qarşımızda təzəcə nəşr olunan bir kitab var: “İlham Əliyev - On beş illik prezidentlik dövrünün uğur salnaməsi (2003-2018)”. Tipoloji xarakterinə görə foto-albom formatında buraxılan kitabın məzmunu barədə qısa, lakonik informasiyanı onun bir neçə sətirlik anonsundan almaq olur: “Kitabda zəngin faktlar əsasında İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi on beş illik fəaliyyəti dövründə ölkənin dinamik inkişafının dolğun mənzərəsi yaradılır. Azərbaycanda aparılan köklü islahatlar sayəsində iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, nəhəng transmilli enerji və nəqliyyat layihələrinin uğurla reallaşdırılması, sosial-mədəni, ordu quruculuğu və xarici siyasət sahəsində əldə edilən nailiyyətlər tutarlı dəlillərlə əsaslandırılır. Ölkədə ictimai-siyasi sabitliyin və demokratik təsisatların daha da möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təmin olunması ilə bağlı görülən işlər şərh olunur.

Kitab Azərbaycanın müasir tarixi ilə maraqlanan mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur”.

Əslində, anonsun son cümləsindəki “geniş oxucu kütləsi” ifadəsini “Azərbaycanı sevən hər kəs” sözləri ilə də əvəz etmək olar. Çünki bu kitab İlham Əliyevin on beş illik prezidentlik dövrünün uğur salnaməsi kimi həm də Azərbaycanın keçdiyi inkişaf mərhələsinin elmi-publisistik ifadəsidir. Həm Azərbaycanın, həm də onun Prezidentinin uğur salnaməsi, kitabda qeyd olunduğu kimi, öz başlanğıcını ümummilli liderimiz Heydər Əliyevin 2003-cü ildə prezidentliyə namizədliyi irəli sürülmüş İlham Əliyev haqqındakı bu sözlərindən başlayır: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Heydər Əliyevin uzaqgörənlik təfəkkürü ilə xalqa müraciətlə dediyi bu fikirlər fonunda İlham Əliyev bir müddət sonra onun rəhbərliyi altında sürətlə inkişaf edən Azərbaycanın uğurlarını nəzərdə tutaraq deyirdi: “O, (Heydər Əliyev - C.M.) inanırdı və bilirdi ki, davamçıları onun sona çatdıra bilmədiyi işləri tamamlayacaqlar. Belə də oldu… Biz fəxr edirik ki, onun ideyalarını yaşadırıq, müstəqilliyimizi möhkəmləndiririk, Heydər Əliyev yolu ilə gedirik və gedəcəyik”.

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu, tərtibçi müəllifləri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri Aslan Aslanov olan bu dəyərli nəşrin ümumi ruhu Heydər Əliyev inamının gerçəkləşməsi üzərində qurulub. Burada hər kəsin anlayacağı, hər kəsin son on beş ildə şahidlik etdiyi, hər kəsin Azərbaycan və onun inkişafından qürur duyduğu mükəmməl bir süjet xətti var. Azərbaycan vətəndaşının öz ölkəsinin uğurlarına və bu uğurlara başçılıq edən Prezidentinə inamını professor Əli Həsənovun qısa “Ön söz”ü aydın ifadə edir. Müəllif Prezident İlham Əliyevin dövlətçilik tariximizin iftixar nöqtəsi olan Azərbaycan Xalq Cümhuriyyətinə verdiyi qiyməti onun özündən gətirdiyi sitatla diqqətə çatdırır: “Biz haqlı olaraq fəxr edirik ki, müsəlman aləmində ilk demokratik respublikanı Azərbaycan xalqı yaradıbdır. Bu, bir daha göstərir ki, azərbaycanlılar azadlıqsevər və mütərəqqi xalqdır”.

Kitabın əsas süjet xətti Prezident İlham Əliyevin dövlətçilik siyasətinin iki mühüm amilinə - milli dövlətçilik, müstəqillik uğrunda mübarizə tarixinə və dövlətçiliyimizin inkişafında misilsiz rol oynamış Heydər Əliyev məktəbinə əsaslanır. Bu da öz növbəsində, Prezident və xalqın birliyi konsepsiyasına söykənməkdədir. Bütün bunları nəzərdə tutan professor Əli Həsənov “Ön söz”də kitabın qayəsini belə səciyyələndirir: “Ümummilli Liderin siyasi kursunun yeganə düzgün yol olduğunu görən Azərbaycan xalqı 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə bu siyasətin layiqli davamçısı kimi İlham Əliyevi dəstəkləyərək 76,8 faiz səslə Prezident seçdi. İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti, seçkiqabağı təşviqat dövründə səsləndirdiyi “Mən hər bir azərbaycanlının prezidenti olacağam!” vədinə sadiq qalması qısa müddətdə ona xalq arasında geniş populyarlıq, sonsuz inam və güclü etibar qazandırdı. Elə bu səbəbdən 2008, 2013 və 2018-ci illərdə keçirilən növbəti prezident seçkilərində İlham Əliyev yenidən inamlı qələbə qazandı. Oktyabrın 15-də Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin 15 ili tamam oldu. Bu kitabda Azərbaycan Respublikasının Prezidenti vəzifəsində onun 15 illik fəaliyyətinin əsas yekunlarını oxuculara çatdırırıq”.

Yuxarıda kitabın qarşıya qoyduğu mövzunun maraqlı bir süjet xətti üzərində qurulduğunu xüsusi qeyd etdik. Bu süjet xətti ayrı-ayrı mövzular üzrə təqdim olunur. Ümumi süjet xətti o qədər axıcıdır ki, mövzuları xüsusi fərqləndirməyə və işarələməyə ehtiyac qalmır. Oxucu kitabın hər səhifəsində özünün şəxsən şahidi olduğu milli inkişafın, Azərbaycanın uğurlarının həm mətnlə, həm də illüstrasiyalarla - fotoşəkillərlə aydın görməkdədir. Bununla belə, oxucunun ayrı-ayrı bölmələr kimi qəbul etdiyi mövzuları bir daha diqqətə çatdırmaq istərdik: “Uğurlu strateji kursun və səmərəli dövlət idarəçiliyinin əsas nəticələri”, “Azərbaycanda demokratik təsisatların möhkəmləndirilməsi, siyasi plüralizmin, insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilib”, “Yeni Azərbaycan Partiyasının VI qurultayı. 08 fevral 2018-ci il”, “Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə MDB məkanında birinci yerə yüksəlib”, “Azərbaycanda həyata keçirilən nəhəng transmilli layihələr ölkəni mühüm tranzit və logistika mərkəzinə çevirib”, “Yenilənmiş sosial-mədəni, təsərrüfat və turizm infrastrukturu, Azərbaycan brendi “ASAN xidmət”, “Şəhid ailələrinə, müharibə veteranları və əlillərinə, məcburi köçkünlərə diqqət və qayğı”, “Ordu quruculuğunun və milli maraqlara söykənən xarici siyasətin uğurlu nəticələri”, “Azərbaycanda elmin inkişafı, milli-mənəvi dəyərlərin, multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanılması təmin edilib”, “Gəncliyin inkişafına dövlət qayğısı, idman sahəsində əldə olunan nailiyyətlər”, “Azərbaycan bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələsini sürətlə adlayıb”, “Prezident İlham Əliyevin təltif olunduğu ordenlər”. Kitabda fundamental idarəçilik və onun ölkəyə bəxş etdiyi uğurlar iki formatda ifadə edilir: mətnlə və bu mətni müşayiət edən fotolarla.

Kitabın mətni öz aydınlığı, məntiqi ardıcıllığı, faktlara elmi-fəlsəfi və publisistik baxışı ilə diqqəti xüsusi cəlb edir. Məsələn, “Uğurlu strateji kursun və səmərəli dövlət idarəçiliyinin əsas nəticələri” kimi fundamental bir mövzu yüksək ümumiləşdirmə keyfiyyətinə malikdir və oxucu bir neçə səhifədə 15 illik dövrün hərtərəfli mənzərəsini görə bilir. Bu mətnin ilk abzası, sanki sonrakı mövzulara prelüdiya rolunu oynayır və oxucunu inkişafın ümumiləşdirilmiş parametrləri ilə tanış edir: “Ümumi formada qiymətləndirilərsə, qeyd edilməlidir ki, İlham Əliyev 15 illik prezidentliyi dövründə, ilk növbədə, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş vətəndaş birliyi platformasına söykənərək daxili ictimai-siyasi sabitliyi daha da möhkəmlətmiş, əhalinin təhlükəsizliyini, insanların əsas hüquq və azadlıqlarını, ölkənin əmin-amanlığını təmin etmiş, vətəndaşların rifah halının getdikcə yüksəlməsinə nail olmuşdur. Hazırda tərəddüd etmədən söyləmək olar ki, daxili milli birlik və vətəndaş həmrəyliyi, hakimiyyətin yürütdüyü siyasətin geniş əhali tərəfindən dəstəklənməsi əsasında bərqərar olmuş möhkəm ictimai-siyasi sabitlik əmsalına görə Azərbaycan postsovet məkanında birinci yerdə dayanır”.

Sonrakı ayrı-ayrı mövzuları əhatə edən mətnlərin hamısında milli inkişafımızda Prezident İlham Əliyevin xidmətləri xalqın yaddaşında iz salmış faktlarla təqdim olunur. Azərbaycanda demokratiyanın tam formalaşması prosesində medianın rolunu yüksək qiymətləndirən ölkə başçısının bu sahənin inkişafına göstərdiyi şəxsi qayğısı, iqtisadiyyatın dinamik inkişafına, qeyri-neft sektorunun, kənd təsərrüfatının dirçəldilməsinə istiqamətlənmiş fəaliyyəti, bu gün dünyanın təqdir etdiyi və bəzən hətta heyran qaldığı transmilli layihələrin reallaşma sürəti, ölkə əhalisinin sosial-mədəni həyatının yüksək göstəricilərlə təmin edilməsi, ordu quruculuğundakı misilsiz uğurlar, torpaqlarımızın işğaldan azad edilməsinə yönələn tədbirlər planı, şəhid ailələrinə, müharibə veteranlarına dövlət qayğısı və digər bu kimi mühüm sahələri əks etdirən hər bir istiqamətlə bağlı mətnlər İlham Əliyevin 15 illik prezidentlik dövrünün ən böyük uğurları kimi oxucuya çatdırılır.

Əlbəttə, müasir KİV sisteminin, informasiya texnologiyasının görünməmiş inqilabi inkişafı nəticəsində Azərbaycan Prezidenti İlham Əliyevin xidmətləri hər gün cəmiyyətə çatdırılır. Televiziyanın müasir vizuallıq imkanları bu xidməti maraqlı görüntülərlə tamaşaçıya təqdim edir. Milli mətbuatımız bu xidmətin bütün parametrlərini analitik publisistika ilə qələmə alır. Lakin səmimiyyətlə etiraf edək ki, kitabın bu sahədəki rolunu heç nə ilə əvəz etmək olmur. Bir tərəfdən, əgər kitab ilk dəfə səmadan gəlibsə, səmavi kitablar Allahın yer üzünə, xilqətə bəxş etdiyi bir nemət kimi müqəddəsdirsə, onda elə “kitab” sözünün özü də müqəddəslik semantikasını ehtiva edir. Digər tərəfdən, min illərdən bəri qorunub saxlanan və bu gün müqəddəsliyi ilə hər kəsin karına gələn kitab bütün informasiya vasitələrindən uzunömürlüdür. Məsələyə bu baxımdan yanaşsaq, “İlham Əliyev - On beş illik prezidentlik dövrünün uğur salnaməsi (2003-2018)” kitabı nəinki bugünkü nəsil üçün, bəlkə daha çox gələcək nəsillərə bir hədiyyədir. Müəlliflər kitabın adındakı “salnamə” sözünü nahaqdan işlətməyiblər. Salnamə bir kitab formatı, reallıqları qeydə alıb gələcəyə aparan qədim əlyazma formatı kimi özü də tarixi yaddaş anlamına gəlir. Haqqında söz açdığımız kitab, yuxarıda da qeyd etdiyimiz kimi, həm də reallığı dəqiq əks etdirən fotoşəkillərlə zəngindir. Bu fotolar İlham Əliyevin Prezident kimi fəaliyyətinin vizual görüntüləridir. Tərtibçi müəlliflər onları mətnə uyğun o qədər dəqiq seçiblər ki, mətn və foto sinxronu müasirliyin heyrətamiz faktı kimi diqqəti cəlb edir. Bu fotoşəkillər İlham Əliyevin ölkə daxilində və ölkə xaricindəki görüşlərinin dolğun ifadəsi kimi 15 illik prezidentlik dövrünün “uğur salnaməsi”ni tamamlayır. Bu fotoşəkillər Azərbaycanımızın, Bakımızın, regionlarımızın inkişafını poliqrafik yolla əbədiləşdirən vizual faktlar kimi qiymətlidir.

Kitab bütün parametrləri, o cümlədən poliqrafik icrası ilə diqqət çəkir. “Zərdabi LTD” MMC nəşriyyatının məhsulu olan bu kitab özü-özlüyündə həm də ölkəmizdə poliqrafiyanın nə dərəcədə inkişaf etdiyinə əyani sübutdur. Nəşrin poliqrafik icrasının özündə də Azərbaycana və onun Prezidentinə böyük sevgi və ehtiram duyulur.

Sonda kitabın daha bir keyfiyyətini qeyd etmək istərdik: “İlham Əliyev - On beş illik prezidentlik dövrünün uğur salnaməsi (2003-2018)” kitabı hələlik iki dildə - Azərbaycan və rus dillərində nəşr olunub. Kitabın ingilis və ərəb dillərində də nəşri hazırlanır. Bu, çox vacib bir faktdır. Çünki İlham Əliyevin Prezident kimi fəaliyyət göstərdiyi on beş ildə Azərbaycan dünya arenasında öz yerini daha da möhkəmləndirib və tanınıb. Bu kitab dünyanın bizim Prezidentimizin xalq üçün, Vətən üçün göstərdiyi xidmətlərlə daha yaxından tanış olması üçün çox dəyərli mənbədir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər