Azərbaycan-Qırğız İnkişaf Fondunun gələcək fəaliyyət istiqamətləri müzakirə edilib
Bakı, 8 avqust, AZƏRTAC
Qırğızıstanın Çolpon-Ata şəhərində İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun rəhbəri Yusif Abdullayev və Qırğızıstan Respublikasının Prezidenti yanında Milli İnvestisiya Agentliyinin (MİA) direktoru Umbriel Temiraliyev arasında görüş keçirilib.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan-Qırğız İnkişaf Fondunun birgə investisiya layihələrinin maliyyələşdirilməsindəki gələcək rolu, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən ticarət, investisiya, turizm, alternativ enerji sektorlarında əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, Azərbaycan və Qırğızıstan arasında investisiya tərəfdaşlığının gücləndirilməsi üçün Fondun geniş perspektivləri mövcuddur. Tədbir zamanı Azərbaycan-Qırğız İnkişaf Fondu çərçivəsində potensial layihələr müzakirə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:53]
Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir
- 11.06.2026 [18:43]
OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq
- 11.06.2026 [17:59]